Sürücülər DİQQƏT: Bu yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülər DİQQƏT: Bu yolda hərəkət məhdudlaşdırılacaq
Paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Bu barədə Oxu.Az-a "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, "ASAN Xidmət” mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gün saat 23:00-dan sabah səhər 05:00-dək (altı saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. 


Xəbər lenti