Administrasiyaya yeni şöbə müdirləri təyin edildi

Administrasiyaya yeni şöbə müdirləri təyin edildi
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub.

Administrasıyadan "Qafqazinfo"ya daxil olan məlumata görə, Azərbaycan Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb.

Prezidentin müvafiq Sərəncamları ilə Azərbaycan Prezidentinin yeni köməkçiləri və Azərbaycan Prezidentinin Administrasiyasının şöbə müdirləri təyin olunub.

Qarşıya qoyulan vəzifələrə uyğun olaraq eyni zamanda, Azərbaycan Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsi bir ay müddətində hazırlanaraq Azərbaycan Prezidentinə təqdim ediləcək.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu ilə bağlı müvafiq sənədlər Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında (www.president.az ) yerləşdirilib.

loading...

Xəbər lenti