Ay AMEA-nı "pis vəziyyətdə qoydu" - Rəsədxana bir şey deyir, Akademiya başqa şey

Ay AMEA-nı
İyulun 17-si saat 00:00-da baş verən təbiət hadisəsi – Ay tutulması Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) xoş olmayan vəziyyətə salıb.

Panorama.az oxu.az-a istinadən xəbər verir ki, AMEA-nın rəsmi saytında Ay tutulması ilə bağlı xəbər tirajlanmış və bu təbiət hadisəsinin Azərbaycanda müşahidə olunmayacağı yazılmışdı.

AMEA-nın saytı Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılovun sözlərinə istinad etmişdi.

Rəsədxananın rəsmi internet portalında isə dünən yayılan məlumatda bu informasiyanın əksi yer almışdı. 

AMEA Ay tutulmasının ölkəmizdə müşahidə olunmayacağını, Rəsədxana isə müşahidə olunacağını bildirirdi.
 

Ay isə AMEA-nı "pis vəziyyətdə qoydu”, Yerin peykinin tutulması ölkəmizdə aydın şəkildə müşahidə edildi.

Ay tutulmasının görünməsindən sonra AMEA rəsmi saytında yayımlanan məlumatdakı yanlışlıq düzəldilib.

Qeyd edək ki, ilin ikinci Ay tutulması hadisəsi iyulun 17-si saat 00:00-da başlayıb, 01:45-də tam başa çatıb.

Ay AMEA-nı

Ay AMEA-nı

loading...

Xəbər lenti