Azərbaycan yeni silah müqavilələri imzalayır - "Nə qədər lazımdırsa, o qədər pul ayıracağıq..."

Azərbaycan yeni silah müqavilələri imzalayır -
Prezident İlham Əliyev Nazirlər Kabinetinin dünən keçirilmiş iclasında bəyan edib ki, Azərbaycan xaricdən silah və hərbi texnikanın alınması üçün yeni müqavilələr bağlamaqdadır.

"Mən giriş sözümdə qeyd etdim ki, biz hərbi potensialımızın möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görmüşük. Bu il də istisna olmayacaq. Artıq yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ölkəmizə müasir silahlar, texnikalar gətirilir. Yəni, bu məqsədlər üçün biz nə qədər lazımdırsa, o qədər də vəsait ayıracağıq”-İlham Əliyev deyib.



Prezident bildirib ki, bununla paralel olaraq, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması, məişət problemlərinin həlli istiqamətində işlər gedir.

Sitat: "Keçən il 400-ə yaxın hərbçiyə mənzil verilmişdir. Artıq hərbi xidməti uğurla, qüsursuz başa vuran hərbçilərə bu il də mənzillərin verilməsi nəzərdə tutulur. Hərbçilərin məişət problemlərinin həlli də təmin edilir. Bizim hərbi hissələrimizin mütləq əksəriyyəti indi tam təmirlidir. Təmirsiz olan hissələrdə də təmir işləri nəzərdə tutulur”.

//virtualaz.org
loading...

Xəbər lenti