Bakı metrosunda həyəcan: tüstülənməyə görə qatar boşaldılıb

Bakı metrosunda həyəcan: tüstülənməyə görə qatar boşaldılıb
Bakı metrosunda həyəcanlı anlar yaşanıb.
Hadisə "Bakı Metropoliteni” QSC-nin "Gənclik” stansiyasında qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, Metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, qatarda tüstülənmə olub, sərnişinlər qatardan boşaldılıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələ ilə bağlı açıqlama verib:

"Bu gün saat 14:30 radələrində xətdə hərəkət edən qatarın vaqonunda spesifik qoxu və tüstü müşahisə olunub. "Gənclik” stansiyasında, sərnişinlər qatardan düşürülüb, vaqonlara baxış keçirilib. Hər hansısa problem aşkar olunmayıb. Həmin qatar sərnişinlərlə yoluna davam edib.

Qoxunun yaranmasına səbəb həmin qatardan əvvəl xəttə verilmiş sınaq qatarı ilə bağlı olub. Qatarın təkərinin detallarından biri sıxıldığından sürtünmə baş verib və nəticədə ətrafa dəmirin sürtünməsindən yaranan qoxu yayılıb.

Sərnişinlər arasında həyəcanlanan olub. Müvafiq ilkin yardım göstərilib və təcili tibbi yardımın dəvət edilməsi təklif olunub. Lakin sərnişinlər könüllü təcili tibbi yardımın çağırılmasından imtina ediblər”.

loading...

Xəbər lenti