Bakıda tarixi anlar yaşanır: MÖHTƏŞƏM MATÇ BAŞLADI - CANLI YAYIM

Bakıda tarixi anlar yaşanır: MÖHTƏŞƏM MATÇ BAŞLADI - CANLI YAYIM

Dünyanın diqqətində olan UEFA Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda başladı. 

"Çelsi" və "Arsenal" komandaları arasında keçirilən matçı canlı yayımına buradan baxa bilərsiniz. 
*** 
Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında qarşılaşacaq İngiltərənin "Çelsi" və "Arsenal" komandaları start heyətlərini açıqlayıblar. 
Publika.az xəbər verir ki, UEFA-nın rəsmi saytında yer alan xəbərə görə, komandaların ilk "11-lik"ləri aşağıdakı kimidir: 
"Çelsi": 1. Kepa Arrisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristiensen, 30. David Luis, 33. Emerson Palmieri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Oliviye Jiru, 10.Eden Azar 
"Arsenal": 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Enzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lyakezett 
*** 
Bu gün Azərbaycanda tarixi anlar yaşanacaq. 

Qitənin ən nüfuzlu turnirlərindən biri olan UEFA Avropa Liqasının 2018-2019 mövsümü final mərhələsi Bakıda baş tutacaq. 
Dünya miqyasında 1 milyard insan Bakı Olimpiya Stadionunda İngiltərə derbisi izləyəcək. İki London təmsilçisi "Çelsi" və "Arsenal" kubok uğrunda mübarizə aparacaq. 
Artıq hər iki komanda Bakıdadır və oyunöncəsi ilk məşqlərinə başlayıblar. 
Rəsmi qurumların məlumatına görə, oyunu stadiondan 60 mindən çox tamaşaçı izləyəcək. 
Tarixi final qarşılaşması saat 23:00-da başlanacaq. Matçı İtaliyalı baş hakim Canluka Rokki idarə edəcək. 
UEFA-nın rəsmi saytı bildirir ki, finalçılar Bakıya bu heyətlə yollanıb: 
Arsenal: Petr Çex, Sead Kolaşinats, Loran Koselny, Sokratis Papastatopulos, Şkodran Mustafi, Enzli Meytlend-Naylz, Qranit Caka , Lukas Torreyra, Pyer-Emerik Obameyanq, Mesut Özil, Aleksandr Lyakezett. 

Çelsi: Kepa Arrisabalaqa, Sezar Aspilikueta, Andreas Kristiensen, Devid Luis, Markos Alonso, Mateo Kovaçiç, Jorjinyo, Ross Barkli, Pedro Rodriqes, Oliviye Jiru, Eden Azar. 
Avropa Liqası 

Final 

29 may 

23:00. "Çelsi" (İngiltərə) - "Arsenal" (İngiltərə) 
Baş hakim: Canluka Rokki 
Bakı Olimpiya Stadionu 

 
Загрузка...

Xəbər lenti