Baş katibin məhbus gəlini – Leonid Xruşov güllələndikdən sonra onun Lyubovunu da şərləyiblər

18 Noyabr 2019, 21:05
18 Noyabr
2019
21:05
54
20-ci əsrin ən tanınmış və populyar siyasətçilərindən biri sayılan Çörçillin Nikita Xruşovun fəaliyyəti ilə bağlı fərqli bir fikri var: "Xruşov öz siyasi fəaliyyətinə ölülərlə mübarizədən başladı və bu mübarizədən qələbə ilə çıxdı...”
Aydın məsələdir ki, Çörçill bu ifadədə "ölülər” deyəndə Stalini nəzərdə tutub. Bu da faktdır ki, Xruşovun Stalini tarixdən silmək cəhdi təkcə onun siyasi fəaliyyətinə görə olmayıb, o, həm də şəxsi qisasını almaq istəyib.
Xruşovun birinci nikahdan olan oğlu Leonidin ölüm səbəbi müxtəlif mənbələrdə fərqli göstərilib. Hadisənin canlı şahidləri olan Stalinin mühafizə rəisi general Vlasikin və Stalinin şəxsi katibi Poskrebışevin yazdıqlarına görə, Leonid Xruşov Stalinin göstərişi ilə güllələnib. Belə ki, oğul Xruşov almanlara əsir düşəndə Stalin bundan çox narahatlıq keçirib, elə düşünüb ki, SSRİ-nin siyasi elitasının fəaliyyətindən az-çox məlumatlı olan Leonid bildiklərini almanlarla bölüşəcək. Buna görə də o, nəyin bahasına olursa-olsun, Leonidi əsirlikdən geri almaq üçün bütün vasitələrə əl atıb. Lavrenti Beriya bu işi öz üzərinə götürüb və Leonid Xruşov çox qısa bir müddət ərzində əsir düşmüş alman zabiti ilə dəyişdirilib.
Oğlunu hansı aqibət gözlədiyini bilən Xruşov Stalinin yanına xahişə gedib. Vlasikin yazdığına görə, Xruşov Stalinin ayaqlarına yıxılaraq yalvarıb, Stalin isə mühafizəçiləri səsləyərək Xruşovu kabinetdən çıxarmağı əmr edib və oğul Xruşovu güllələtdirmək fikrindən dönməyib.
Xruşovun Stalindən qisas almaq ehtirasının səbəbi təkcə oğlu olmayıb. 1943-cü ildə Leonidin həyat yoldaşı Lyubov Sizıx da həds edilərək sürgünə göndərilib. Amma Xruşov bu dəfə Stalindən heç nə xahiş etməyib, daha doğrusu, bunun mənasız olduğunu anlayıb.
Lyubov Sizıx 1912-ci ildə Kiyevdə anadan olub. Geologiya institutunu bitirib. Könüllü paraşütçülər kursunda Xruşovun oğlu ilə tanış olub və 1940-cı ildə Leonid Xruşovla ailə həyatı qurub. Bu onun ikinci nikahı olub. Birinci həyat yoldaşından bir oğlu olan Lyobov Sizıxın Leoniddən bir qızı dünyaya gəlib.
1943-cü ildə Leonid Xruşovun ölümündən sonra Lyubov Sizıx "NKVD”-nin hədəfinə düşüb. O, xarici dövlətlərin kəşfiyyat orqanları ilə əməkdaşıq etməsində ittiham olunub.
Xruşovun gəlininə heç bir güzəşt edilməyib. "Lubyanka” türməsində onu "SMERŞ”-in başçısı Viktor Abakumov şəxsən sorğu-sual edib. Bütün təzyiq və təsirlərə baxmayaraq Lyubov Sizıx heç bir kəşfiyyatla əlaqədə olmadığını söyləyib. Ancaq buna baxmayaraq o, beş il müddətinə azadlıqdan məhrub edilib, daha sonra isə Qazaxstana sürgünə göndərilib.
Lyubov Sizıx sonralar yazdığı xatirəlrdə həmin günləri belə xatırlayıb:
"Mənim heç bir kəşfiyyatla əlaqəm olmayıb və ümumiyyətlə, belə bir məsələ heç vaxt ağlıma da gəlməyib. Mən Fransa səfirliyinin əməkdaşının həyat yoldaşı ilə rəfiqəlik edirdim. Onun atası general idi, hərbi orkestrə rəhbərlik edirdi. O, alman əsilli idi və mən bunu həbs olunduqdan sonra bilmişdim. Rəfiqəmin atasını həbs etdikdən sonra ailəyə yaxın adam kimi mən də "şübhəli şəxs” qismində saxlandım. Məni bir müddət Lubyankada saxladılar, "NKVD”-nin türməsində. Sorğu suala isə Abakumov gəlirdi. Saatlarla sual verirdi, mənən məni sındırmaq istəyirdi. Amma nə deməliydim? Axı heç bir günahım yox idi. Qayınatam Xruşov da istintaqla qətiyyən maraqlanmırdı. Düzdür, o vaxt o, hələ Kiyevdə işləyirdi, ölkə rəhbərliyinə çox da yaxın deyildi. Amma hər halda Kremldə onu yaxşı tanıyırdılar. İstintaq dövründə mənə qarşı heç bir fiziki işgəncə verilmirdi, amma əvəzində məni təkadamlıq kamerada saxlayırdılar, sutka ərzində yalnız 2-3 saat yatmağa icazə verilirdi. Mən dözürdüm, iki övladımın naminə iradəli olacağıma özümə söz vermişdim, beləliklə də həbsxana və sürgün həyatınının ağırlıqlarına təslim olmadım...”
Lyubov Sizıx həbs olunduqdan sonra onun Leoniddən olan qızı Yuliyanı Xruşov öz himayəsinə götürərək yanına aparıb. 16 yaşına qədər Yulya elə bilib ki, Xruşov onun atası, həyat yoldaşı Nina Petrovna isə anasıdır. Yalnız 16 yaşında komsomola daxil olarkən tərcümeyi-hal yazanda ona əsl valideynlərinin kim olduğu məlum olub.
Lyubov Sizıxın birinci nikahdan olan oğlu isə uşaq evində böyüyüb.
Sürgün müddətindən sonra Lyubov Sizıxa Moskvada yaşamağa icazə verməyiblər. O, bir müddət Karaqandada öz ixtisasına uyğun geoloq işləyib. Sonra isə öz doğma şəhəri Kiyevə köçüb.
Nəhayət, uzun illərdən sonra Lyubov Sizıx övladları ilə də görüşüb. Nina Petrovna ona qızı ilə görüşməyə icazə verib. Uzun illərin ayrılığından sonra ana-bala arasında mehriban münasibət yaranıb. O, artıq 25 yaşında olan oğlunu da tapıb.
Lyubov Sizıx uzun bir ömür yaşayıb. O, 2014-cü ildə 102 yaşında vəfat edib. 2012-ci ildə 100 illik yubileyində jurnalistlərə müsahibə verən baş katibin gəlini yaşadığı illər üçün heç bir təəssüf hissi keçirmədiyini söyləyib:
"Həyatımda baş verən hadisələrdən təəssüflənmirəm. Mən bilirdim ki, günahsızam, dövlət əleyhinə heç bir fəaliyyətim olmayıb, buna görə də arxayın idim ki, bütün çətinliklərdən çıxacam...”
Uzunömürlülüyün səbəbini isə Lyubov Sizıx belə izah edib:
"Ürəyimdə heç kimə qarşı kin, qəzəb və nifrət olmayıb. Uzunömürlülüyümün sirri də bax elə bundadır...”
//Musavat.com
loading...
Xəbər lenti
-
16:52Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
16:49Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
-
21:22Bu tarixlərdə qeyri-iş günü olacaq - SƏRƏNCAM
-
18:54Prezident Kərəm Həsənovu özünə köməkçi təyin etdi
-
18:52Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib
-
18:44Məcburi köçkünlərə hüquqi yardım göstəriləcək
-
18:29Prezidentdən Natiq Əmirovla bağlı - SƏRƏNCAM
-
18:29Prezidentdən Şahin Əliyevlə bağlı - SƏRƏNCAM
-
18:28Prezident Ədalət Vəliyevlə bağlı sərəncam imzaladı
-
18:27İlham Əliyevdən Fərəh Əliyeva ilə bağlı - SƏRƏNCAM
-
18:27İlham Əliyev Süleyman İsmayılova yüksək vəzifə verdi
-
18:24Prezident Administrasiyasının daha üç şöbəsi ləğv olunub - SİYAHI
-
18:23Prezidentdən Hikmət Hacıyevlə bağlı SƏRƏNCAM
-
18:22Prezident Katibliyinin rəisi-köməkçi postu ləğv edildi
-
18:21Prezident Məhərrəm Əliyevi yüksək vəzifəyə təyin etdi - General-polkovnik rütbəsi verildi
-
17:53Anar Ələkbərov Prezidentin köməkçisi oldu
-
17:46Prezident Administrasiyasının yeni strukturu – TAM SİYAHI
-
17:36İlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİ - SƏRƏNCAM
-
17:29Prezidentdən mühüm sərəncam - Onu da vəzifəsindən azad etdi
-
17:22Administrasiyaya yeni şöbə müdirləri təyin edildi
-
16:58Yaşar Əliyev: "Qızım Ombudsman seçilərkən..." - FOTO
-
16:57İlham Əliyev İsrafil Məmmədovu qəbul etdi - FOTO
-
16:54Prezidentin yeni köməkçisi kimdir? - DOSYE
-
16:14Prezidentdən mühüm SƏRƏNCAM - Özünə köməkçi təyin etdi
-
15:16“Jurnalist binaları”nın sakinləri marşrutsuz qalıb - BNA isə “səbrli olsunlar” deyir
-
15:15“YAP-ın deputatları ciddi şəkildə dəyişəcək” - Siyavuş Novruzov
-
15:14Nazirlərin dekabr üçün QƏBUL GÜNLƏRİ açıqlandı
-
15:02Məcburi köçkün gənclərə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib - FOTO
-
14:50Milli Məclis nə vaxt buraxılacaq? - Tarix açıqlandı
-
14:48Yeni Ombudsman and içdi
-
14:47Yanvarın 1-dən qüvvəyə minir - ölkə üzrə 190 manat təsdiq olundu
-
14:46Azərbaycanın yeni Ombudsmanı kimdir? - DOSYE
-
12:45Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi ilə bağlı bilinməyənlər
-
12:43"Harda nəyi danışdığınıza fikir verin!" - Dadaşlinski Cümşüd Nuriyevi danladı
-
12:21Maşın sahiblərinə ŞAD XƏBƏR — Etibarnamə verilməsi asanlaşdı - VİDEO
-
12:20Tanınmış aktyora AĞIR İTKİ
-
12:19Sabahdan idxal edilən avtomobil benzininə 15% rüsum tətbiq ediləcək
-
12:19Paytaxtdakı ali məktəblər bu əraziyə köçürülə bilər - Tələbələrin nəzərinə!
-
12:18Kirayə mənzil ala bilmək üçün bu - ŞƏRTLƏRƏ ƏMƏL ETMƏLİSİNİZ
-
12:14"Ətraf mühitin Daun sindromlu uşaqlara təsiri böyükdür"
05 Dekabr 2019
02 Dekabr 2019
29 Noyabr 2019
Digər xəbərlər
-
CƏMİYYƏT
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
-
CƏMİYYƏT, Manşet
Bu tarixlərdə qeyri-iş günü olacaq - SƏRƏNCAM
-
CƏMİYYƏT, Manşet
Prezident Kərəm Həsənovu özünə köməkçi təyin etdi
-
CƏMİYYƏT
Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib
-
CƏMİYYƏT
Məcburi köçkünlərə hüquqi yardım göstəriləcək
-
CƏMİYYƏT
Prezidentdən Natiq Əmirovla bağlı - SƏRƏNCAM
-
CƏMİYYƏT
Prezidentdən Şahin Əliyevlə bağlı - SƏRƏNCAM
-
CƏMİYYƏT
Prezident Ədalət Vəliyevlə bağlı sərəncam imzaladı
-
CƏMİYYƏT
İlham Əliyevdən Fərəh Əliyeva ilə bağlı - SƏRƏNCAM