BDU-nun rektoru universitetin həyətində dönərxana açıb?

BDU-nun rektoru universitetin həyətində dönərxana açıb?
Bakı Dövlət Universitetinin rektorunun dönərxana açdığı iddia olunur.
"Yeni Sabah"ın verdiyi xəbərə görə, bu barədə təhsil eksperti Etibar Əliyev məlumat yayıb.

E.Əliyev bildirib ki, BDU-nun yeni rektoru Elçin Babayev universitetin girişində və əsas korpusa yaxın yerdə iki dönərxana açıb. İddiaya görə, "Çarx üstü” adlı dönərxanalar rektora məxsusdur:

"Bakı Dövlət Universitetinin həyətində iki dönərxananın fəaliyyətini tənqid etmişəm... Universitetdə dönərxana əvəzinə ucuz yeməklər verilən səliqəli yeməkxana olmalıdır. Mənşəyi bilinməyən ətdən hazırlanmış dönərlə niyə tələbələri zəhərləyirsiniz? Tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün şərait yaradılmalıdır. Başqa universitetlərdən fərqli olaraq BDU-da buna imkanlar var”.

Etibar Əliyev daha sonra Bakı Dövlət Universitetində İctimai Nəzarət Şurasının üzvlüyündən istefa verdiyini də açıqlayıb.

Məlumatı dəqiqləşdirmək və qarşı tərəfin mövqeyini öyrənmək üçün BDU-nun mətbuat xidməti ilə əlaqə saxlasaq da, bu barədə heç bir açıqlama verilmədi.

loading...

Xəbər lenti