Beynəlxalq şahmat bəstəçiliyi nəzəriyyəsində İMİŞLİ mövzusu

Beynəlxalq şahmat bəstəçiliyi nəzəriyyəsində İMİŞLİ mövzusu

Şahmat kompozisiyasını maraqlı, gözəl edən, onu bədii dəyərə mindirən əlbəttə mövzulardır. Bütün şahmat məsələ etüdləri mütləq hər hansı bir mövzu üzərində tərtib edilir. Bəstəçilər sanki şahmat fiqurlarını cilovlayaraq onları əvvəlcədən düşünüşlmüş senari üzrə hərəkət etməyə məcbur edirlər. Mövzular olduqca çoxdur və onlar zaman zaman dünyanın müxtəlif ölkələrində yaşayan, şahmatın bu sahəsinə böyük zəhmət və vaxt sərf edən bəstəkarlar tərəfindən tətbiq edilməkdədir.Bu istiqamətdə aparılan işlərdə Azərbaycanlı şahmat bəstəkarlarınında xidmətləri az deyildir. Züleyxa Eyvazova, Rauf Əlövsətzadə, Məcnun Vahidov, İlya Liukumoviç kimi bəstəçilərimiz ötən əsrin 70-80-ci illərində ona yaxın yeni mövzular tətbiq edə bilmişdirlər. Mən bu ənənəni davam etdirməyi qarşıma məqsəd kimi qoyub, bu istiqamətdə axtarışlar aparırdım. İlk dəfə yeniliyə 2012-ci ildə nail ola bildim. Yeni ideyanı«Vəlixanov» mövzusu adlandırdım. Qısa bir müddətdən sonra isə ikinci mövzunu aça bildim və «Qarabağ» mövzusu adlandırdım.


Kenan Velikhanov (Azerbaijan)

Problemist Ukraini-2013

 

H#2 4 sol.

1. Qd6 b8=Q2. Kc5 Qb6# 1. Qe6Sd2 2. Ke5 Sf3#

1. Qc6Bf6 2. Kc5 d4#1. Be5 Sb2 2. Qd5Sf5#


Şahmat kompozisiyasında «Albino» və «Pikeninni» adlı mövzular mövcuddur. Mövzular onları tətbiq edən bəstəçilərin adını daşıyaır. Bu mövzuların şərtinə görə İlkin mövqeyində dayanmış ağ və ya qara piyadadörd mümkün gediş etməlidir. Aydındır ki. Piyada iki vuruq gedişi, daha sonra bir və iki xanaya hərəkət edəcək. Bu ideyanın həyata keçrilməsi üçün ən azı dörd variant və ya dörd həll olmalıdır. Şərtlərdən göründüyü kimi şahmat oyununda ən zəif hesab edilən piyadaların hərəkətləri gözəl bir ideyanın canlanmasına yol açır. Mən bu ideyanı ən güclü fiqurun (vəzirin) ifasında həyata keçirilməsini təklif edərək dərhal bir neçə məsələ tərtib etdim. Yeni ideyalı məsələlərdən birini 2013-cü ildə Ukraynada yayımlanan, Ukrayna şahmat bəstəçiliyi komisiyasının mətbuat orqanı olan, «Problemist Ukarini» jurnalında dərc etdirdim. İkinci məsələni isə Argentinalı həmkarım M. Garcianın 65 illik yubiley yarışına göndərdim və ideya uğur qazandı!

 

Kenan Velikhanov (Azerbaijan)

«M. Garcia 65» JT1st COMMENDATİON

H#2 b) f3->f7, c)Rc8->c5, c=d) g5->d3

 

a)1. Qxc6 Qxc3 2. Kd7Qxc6# b)1. Qd6 Qxd4 2. Qe5Qd7#c)1. Re5 Qd3 2. Qd5 Qg6# d)1. Kf5 Qxe3 2. Qe6Qg5#

 

Birinci diaqramda Pikeninni mövzusu həyata keçrilib. İkinci diaqramdakı məsələdə isə ağ vəzir Albino, qara və vəzir Pikeninni piyadasını yamsılayır. Vəzirin bu dörd mümkün hərəkəti yenilik olaraq «İMİSHLİ theme» adlandırldı. Beləliklə beynalxalq şahmat kompozisiyaı nəzəriyyəsinə üçüncü yeniliyim daxil oldu!!!

 

Üç dəfə FİDE dünya kubokun qalibi

FİDE olimpiya turnirinin qızıl medalçısı

Beynalxalq dərəcəli hakim

İdman ustası

Kənan Vəlixanov


 

loading...

Xəbər lenti