Bu ərazilər bu gün işıqsız qalacaq

Bu ərazilər bu gün işıqsız qalacaq
110 kv-luq "I Binəqədi hava elektrik verilişi xətti"ndə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq bu gün səhər saatlarından 15:30-dək Abşeron rayonu AAAF Yaşayış massivi və Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Bakupost-a "Azərişıq" ASC-dən məlumat verilib.

Yaranacaq narahatlığa görə "Azərişıq" ASC istehlakçılarından üzr istəyir. Pirşağı-Sumqayıt dəmir yolunun 35-ci km-də Fatmayı yeraltı avtomobili yol keçidinin tikintisi ilə əlaqədar 110/35/6 kV-luq "136 saylı yarımstansiya"dan çıxan, Bağlar ETSİ-nin balansında olan 6 kV-luq hava xətti də şəbəkədən açılacaq və Fatmayı bağlarının bəzi ərazilərində də bu gün saat 11.00-dan 16.00-a qədər elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

loading...

Xəbər lenti