Bu rayonlarda qaz olmayacaq

Bu rayonlarda qaz olmayacaq
Bu gün səhər saatlarında 2 rayonun bir neçə ərazisində qaz təchizatının dayandırılmasına zərurət yaranıb.

Bu barədə Bakupost-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, orta təzyiqli qaz xəttinin yol inşaat işləri zamanı zədələnməsi ilə əlaqədar olaraq saat 09:00-dan Şəki rayonunun Kiçik Dəhnə, Böyük Dəhnə, Dərə Cənnət, Suçma kəndlərində məhdudiyyətlər tətbiq edilib.

Oğuz rayonunda isə orta təzyiqli qaz xəttinin yeraltı yol keçidində qaz sızması aşkarlanıb. Ona görə də rayonun Bayan, Bucaq, Calut, Muxas kəndlərində məhdudiyyətlər olacaq.

loading...

Xəbər lenti