Ceyhun Osmanlının anası işdən çıxarıldı

Ceyhun Osmanlının anası işdən çıxarıldı
Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova vəzifəsindən uzaqlaşdırılıb.

Unikal.org Criminal.az saytına istinadən xəbər verir ki, direktorla bağlı qərar bu gün açıqlanıb. 

Təhsil Nazirliyinin əməkdaşları məktəbə gələrək X.Osmanovanın səhhəti ilə əlaqədar işdən çıxarıldıığını elan edib.

Qeyd edək ki, X. Osmanova sabiq deputat Ceyhun Osmanlının anasıdır.

Xatırladaq ki, aprelin əvvəlində 162 saylı məktəbin şagirdi Elina Hacıyevanın intihar hadisəsi orta məktəblərdə direktor-şagird münasibətlərini gündəmə gətirmişdi. Bundan sonra Təhsil naziri Ceyhun Bayramov məktəb direktorları ilə görüşərək onlara "Hər bir şagirdinizi tanıyın" deyə tapşırıq vermişdi. Daha sonra əlavə olunmuşdu ki, şikayət daxil olan direktorlarla bağlı yaxın vaxtlarda ciddi ölçülərin götürülməsinə başlanılacaq. 

Artıq bu gün Siyəzəndə də məktəb-lisey direktoru Yeganə Əliyeva vəzifəsindən azad olunub. Onun məhz məlum şikayət səbəbləri ilə işdən çıxarıldığı açıqlanıb. 

***

"Qafqazinfo” məsələ ilə bağlı keçmiş deputat Ceyhun Osmanlıdan münasibət öyrənib. C. Osmanlı yayılan məlumatların doğru olmadığını, anasının səhhəti ilə əlaqədar bir neçə günlük bülletenə çıxdığını deyib:

"Yəni işdən azad edilməsi doğru deyil. Onun səhhəti ilə bağlı bülletenə çıxması ötən il də baş vermişdi.  Daha sonra yenə işinin başına qayıdıb”.

Gimnaziyadan bildirilib ki, direktor bu gün işə çıxmayıb və gün ərzində də olmayacaq.

loading...

Xəbər lenti