Dövlət Komitəsi Prezidentin məcburi köçkünlərlə bağlı Fərmanına dair məlumat yayıb

Dövlət Komitəsi Prezidentin məcburi köçkünlərlə bağlı Fərmanına dair məlumat yayıb
Prezident İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2019-cu il 10 iyun tarixli Fərman imzalayıb. Fərman dövlətimizin başçısının "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında” bu il fevralın 26-da imzaladığı 993 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi daşıyır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bununla bağlı məlumat yayıb.

Məlumatda deyilir: "dəyişikliyə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği 2019-cu il aprelin 1-dən 50 faiz artırılaraq, müvafiq olaraq, 22 manatdan 33 manata və 40 manatdan 60 manata çatdırılıb.

Yeni Fərmanla bu məbləğlər "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının mətninə daxil edilib”.

Xatırladaq ki, vahid aylıq müavinətin artırılması 500 minədək məcburi köçkünün sosial müdafiəsinin gücləndirilməsinə və maddi vəziyyətinin yaxşılaşdırılmasına imkan yaradıb”.

loading...

Xəbər lenti