Əhaliyə şad xəbər: Qazın limiti artırıldı

Əhaliyə şad xəbər: Qazın limiti artırıldı
Bu gün Tarif Şurasının növbəti iclası keçirilib.

AZXEBER.COM məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev təbii qazdan istifadəyə görə tətbiq edilən limitin artırıldığını bəyan edib. 

Nazirin sözlərinə görə, qərar may ayının 1-dən etibarən qüvvəyə minəcək.

"Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə təbii qazın illik istifadə limiti 1700-dən 2200 kubmetrədək artırılıb. Mövcud qərardan sonra əhalinin 85 faizi güzəştli tariflərlə limitdən istifadə edəcək", - deyə nazir vurğulayıb.

Ş.Mustafayev qeyd edib ki, ilin əvvəlindən 1700 kubmetrlik qaz limitini keçənlərin hesabları sıfırlanacaq.

loading...

Xəbər lenti