Eks-nazir danışdı: “30 ildə birinin qeyrəti çatıb demədi ki...”

09 Oktyabr 2019, 21:50
09 Oktyabr
2019
21:50
109
"İndiyə qədər mən bu barədə danışmamışam. Amma görürəm ki, artıq danışmaq lazımdır".
Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının ilk təhsil naziri Firudin Cəlilov ölkədə test üsulunun tarixçəsi ilə bağlı suala cavab verərkən bakupost.az-a deyib.
O, hələ keçmiş baş nazir Rəhim Hüseynovun müavini işlədiyi vaxtda bu haqda düşündüyünü bildirib:
"Mən Rəhim Hüseynovun vaxtında Baş nazirin müavini işləyirdim. İnstitutlar, məktəblər mənim kurasiyamda idi. Mən də test imtahanlarını gətirmək istəyirdim, amma bu çox ağır bir məsələ idi. Sərəncam verdim, qəbul imtahanlarını dayandırdılar ki, testə keçək. Sərəncamımdan bir ay sonra Elçibəy hakimiyyətə gəldi. Ona dedim ki, bu, artıq mənim səlahiyyətimdə olan bir iş deyil. Prezident sənsən, ya "hə” de, ya "yox”. Razılıq vermədi. Orada bizim Elçibəylə möhkəm davamız oldu. Bu söhbətdə Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı, İxtiyar Şirin də iştirak edib. Amma 30 ildə birinin qeyrəti çatıb bu barədə danışmadı. Heç kim etiraf etmədi ki, test üsulunu təhsilə Vurğun yox, Firudin gətirib”.
Firudin Cəlilov Əbülfəz Elçibəyin sonradan buna necə razılıq verdiyini danışıb:
"Sonra mən sınaq kimi 2000 tələbəni testdən keçirib göndərdim Türkiyəyə. Bu, xalqda yaxşı bir ovqat yaratdı. İnsanlar artıq inandılar ki, test daha ədalətli imtahan üsuldur. Yalnız ondan sonra Elçibəy Pənah Hüseynovu yanıma göndərdi ki, test üsulu təsdiqlənsin. Vurğun Əyyubla Misir Mərdanovu Türkiyəyə göndərdim ki, gedin o sənədlərin hazırlanma qaydasını öyrənin. Tələbə Qəbulu Komissiyasını yaratdım. Elçibəy dedi, ora kimi sədr qoyaq? Vurğunu dedim. Burda da mənimlə razılaşmadı ki, Vurğun olmasın, başqa adam olsun. Mən sözümün üstündə durdum, dedim, yalnız Vurğun ola bilər. Çünki o, çox prinsipial adam idi. Mənə də belə adam lazım idi ki, gördüyüm işin nəticəsini əldə edə bilim. Elçibəyi heç cür razı sala bilmədim, ona görə də qapını çırpıb çıxdım. Həmin dövrdə Elçibəylə küsülü qaldıq. 3-4 gün sonra yenə Pənahı yanıma göndərdi ki, yaxşı, o deyən olsun, Vurğunu sədr təyin edək. Və elə həmin gün Vurğunun əmri verildi. Heç Vurğunun özünün bu barədə xəbəri yox idi. Rəhmətlik özü də müsahibələrində deyir ki, əmrimlə bağlı xəbəri televizordan eşitdim. 1993-cü ildən 2005-2006-cı ilə qədər "Yeni Musavat” qəzeti həmişə yazırdı ki, Azərbaycana testi Vurğun gətirib. İndi o dünyasını dəyişib, Allah rəhmət eləsin. Üstünə də getmədim bu söhbətlərin o zaman. Amma indi hər şeyin əslini hamı bilməlidir. Vurğun on gün işə çıxmadı. Axırda çağırdım ki, Fərmanın verilib, gəl təhvil-təslim edək, işinə başla. Dedi, mən istəmirəm. On gün ərzində onun işini mən gördüm. Nəhayət ki, son illərdə Vurğun Əyyub da, Misir Mərdanov da müsahibələrində etiraf etdi ki, test imtahanı Firudinin ideyası idi”.
Xatırladaq ki, Azərbaycan Dövlət Tələbə Qəbulu Komissiyasının ilk sədri olmuş Vurğun Əyyub bu il sentyabrın 24-də dünyasını dəyişib.
loading...
Xəbər lenti
-
18:35“EuroHome”dakı yanğın zamanı oğurluq edən şəxslər saxlanılıb
-
18:32Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
-
18:30Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
-
18:30Bakıda avtobusa hücum - Sürücü döyüldü
-
18:29Bu şəxslərin maaşı artırıldı - SƏRƏNCAM
-
18:28Prezident Mədət Quliyevə yeni vəzifə verdi - SƏRƏNCAM
-
18:27Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
-
18:26Anar Ələkbərov Aslan İsmayılova zəng etdi
-
18:20Rəqəmsal transformasiya və rəqəmsal hökumət quruculuğu sahəsində koordinasiya varmı ?
-
10:55“Qobu Park-2” yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb
-
16:52Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
16:49Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
-
21:22Bu tarixlərdə qeyri-iş günü olacaq - SƏRƏNCAM
-
18:54Prezident Kərəm Həsənovu özünə köməkçi təyin etdi
-
18:52Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib
-
18:44Məcburi köçkünlərə hüquqi yardım göstəriləcək
-
18:29Prezidentdən Natiq Əmirovla bağlı - SƏRƏNCAM
-
18:29Prezidentdən Şahin Əliyevlə bağlı - SƏRƏNCAM
-
18:28Prezident Ədalət Vəliyevlə bağlı sərəncam imzaladı
-
18:27İlham Əliyevdən Fərəh Əliyeva ilə bağlı - SƏRƏNCAM
-
18:27İlham Əliyev Süleyman İsmayılova yüksək vəzifə verdi
-
18:24Prezident Administrasiyasının daha üç şöbəsi ləğv olunub - SİYAHI
-
18:23Prezidentdən Hikmət Hacıyevlə bağlı SƏRƏNCAM
-
18:22Prezident Katibliyinin rəisi-köməkçi postu ləğv edildi
-
18:21Prezident Məhərrəm Əliyevi yüksək vəzifəyə təyin etdi - General-polkovnik rütbəsi verildi
-
17:53Anar Ələkbərov Prezidentin köməkçisi oldu
-
17:46Prezident Administrasiyasının yeni strukturu – TAM SİYAHI
-
17:36İlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİ - SƏRƏNCAM
-
17:29Prezidentdən mühüm sərəncam - Onu da vəzifəsindən azad etdi
-
17:22Administrasiyaya yeni şöbə müdirləri təyin edildi
-
16:58Yaşar Əliyev: "Qızım Ombudsman seçilərkən..." - FOTO
-
16:57İlham Əliyev İsrafil Məmmədovu qəbul etdi - FOTO
-
16:54Prezidentin yeni köməkçisi kimdir? - DOSYE
-
16:14Prezidentdən mühüm SƏRƏNCAM - Özünə köməkçi təyin etdi
-
15:16“Jurnalist binaları”nın sakinləri marşrutsuz qalıb - BNA isə “səbrli olsunlar” deyir
-
15:15“YAP-ın deputatları ciddi şəkildə dəyişəcək” - Siyavuş Novruzov
-
15:14Nazirlərin dekabr üçün QƏBUL GÜNLƏRİ açıqlandı
-
15:02Məcburi köçkün gənclərə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib - FOTO
-
14:50Milli Məclis nə vaxt buraxılacaq? - Tarix açıqlandı
-
14:48Yeni Ombudsman and içdi
10 Dekabr 2019
05 Dekabr 2019
02 Dekabr 2019
29 Noyabr 2019
Digər xəbərlər
-
CƏMİYYƏT
“EuroHome”dakı yanğın zamanı oğurluq edən şəxslər saxlanılıb
-
CƏMİYYƏT
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
-
CƏMİYYƏT
Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
-
CƏMİYYƏT
Bakıda avtobusa hücum - Sürücü döyüldü
-
CƏMİYYƏT, Manşet
Bu şəxslərin maaşı artırıldı - SƏRƏNCAM
-
CƏMİYYƏT
Prezident Mədət Quliyevə yeni vəzifə verdi - SƏRƏNCAM
-
CƏMİYYƏT
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
-
CƏMİYYƏT
Anar Ələkbərov Aslan İsmayılova zəng etdi
-
CƏMİYYƏT
Rəqəmsal transformasiya və rəqəmsal hökumət quruculuğu sahəsində koordinasiya varmı ?