Ərdoğan: “Mursi 20 dəqiqə çırpındı və öldürüldü”

Ərdoğan: “Mursi 20 dəqiqə çırpındı və öldürüldü”
Misirin sabiq prezidenti Məhəmməd Mursi məhkəmə zalında 20 dəqiqə çırpınıb.
Haber7.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

O bildirib ki, M.Mursi öz əcəli ilə ölməyib, öldürülüb:

"Mursinin vəsiyyəti vardı ki, öz kəndində dəfn etsinlər. Ancaq dövlət onu seçdiyi yerdə dəfn etdi. Çünki ondan qorxurlar”.

Xatırladaq ki, Misirin sabiq prezidenti Məhəmməd Mursi bazar ertəsi Qahirədə, məhkəmə salonunda vəfat edib. Onun halı müttəhim kimi təqsirləndirildiyi casusluq işi üzrə məhkəmə iclasında pisləşib və elə orada keçinib. M.Mursinin ürək çatışmazlığından öldüyü ehtimal olunur. (Oxu.az)

loading...

Xəbər lenti