Göygöldə 130 məcburi köçkün ailəsi üçün 3 yeni bina tikiləcək

Göygöldə 130 məcburi köçkün ailəsi üçün 3 yeni bina tikiləcək
Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu Göygöl şəhərində müvəqqəti məskunlaşmış 130 məcburi köçkün ailəsini mənzillə təmin etmək üçün üç hündürmərtəbəli binadan ibarət yaşayış məhəlləsi inşa edəcək. Fond bu layihə üzrə avqustun 14-də 4 müqavilə imzalayıb.

"Tunel Metro İnşaat", "Technoctat Limited" və "Qaraçay" şirkətləri üç beşmərtəbəli bina, "Azərsutəchizattikinti" ASC yaşayış məhəlləsi üçün texniki infrastruktur obyektləri inşa edəcək. Dörd müqavilənin ümumi dəyəri 8 milyon 336.7 min manat və ya 4.9 milyon ABŞ dolları təşkil edir. ("Turan”)
loading...

Xəbər lenti