Hər kəs bu filmdən danışır - Tam video

Hər kəs bu filmdən danışır - Tam video
Çernobıl 2019 filmi

Çernobıl — rejissorluğunu Yohan Renkin, ssenaristliyini isə Kreyq Mazinin etdiyi beşseriyalı Birləşmiş Krallıq və ABŞ tarixi dram televiziya miniserialıdır. Miniserial 1986-cı ilin aprel ayında SSRİ respublikalarından olan Ukrayna SSR-nin Pripyat şəhərindəki Çernobıl AES-də baş vermiş faciəni və daha sonra gerçəkləşən tayı-bərabəri olmayan təmizləmə işlərini təsvir edir. Miniserialın aktyor heyəti müxtəlif Avropa ölkələrindən olan aktyorlardan təşkil olunub, baş rolları Cared Harris, Stellan Skarsqord, Emili Uotson və Pol Ritter canlandırır.

Miniserial ABŞ-ın "HBO" telekanalı və Birləşmiş Krallığın "Sky" şəbəkəsi tərəfindən birgə istehsal edilmişdir. Miniserialın ilk epizodu 6 may 2019-cu il tarixində ABŞ-da, 7 may 2019-cu il tarixində isə Birləşmiş Krallıqda yayımlanıb. Miniserial həm Birləşmiş Krallıq, həm də ABŞ tənqidçiləri tərəfindən çox təriflənib.

Miniserialın hər yeni epizodu "HBO" telekanalında yayımlanan zaman miniserial üçün hazırlanmış podkastın da yeni epizodları yayımlanırdı. Podkast Mazin ilə "National Public Radio" radiostansiyasının "Wait Wait... Don't Tell Me!" verilişinin aparıcısı Piter Saqal arasındakı söhbətdən ibarət idi.

"Çernobıl" miniserialı "bəşəriyyat tarixindəki ən bərbad süni fəlakətlərdən birinin gerçək hekayəsini" dramatikləşdirir və "Avropanı təsəvvür edilə bilməyən bir fəlakətdən xilas etmək üçün özlərini qurban verən cəsur kişi və qadınlardan" bəhs edir. Miniserial diqqət mərkəzində 1986-cı ilin aprel ayında SSRİ respublikalarından olan Ukrayna SSR-də gerçəkləşən atom elektrik stansiyası fəlakətinin kədərləndirici əhatəsidir. Miniserial fəlakətin necə və niyə gerçəkləşdiyini nümayiş etdirir.

Miniserialın əksər qismi Pripyat şəhər sakinlərinin xatirələrinə, eləcə də Belarus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Svetlana Aleksiyeviçin "Çernobıl duaları" əsərinə əsaslanır.

Başlıca fotoqrafiya 2018-ci ilin aprel ayında Litvada başlanıb. İlkin çəkilişlərə 13 may 2018-ci il tarixində, sovet ab-havasını saxladığına görə Ukraynanın Pripyat şəhərini təsvir etmək üçün istifadə olunan Litvanın paytaxtı Vilnüs şəhərinin Fabiyonişkes rayonunda start verilib. Xruşovkalarla dolu rayon evakuasiya səhnələri üçün istifadə edilib. Rejissor Yohan Renk xruşovkalardakı müxtəlif və diqqəti çəkən müasir pəncərələrə görə kəskin şəkildə tənqid edilib, ancaq onları post-prodakşnda ləğv etməyə maraq göstərməyib. Mart ayının sonunda çəkiliş komandası nüvə reaktorunun vizual bənzərliyinə görə bəzən "Çernobılın bacısı" adlandırılan və fəaliyyətinə son qoyulmuş bir atom elektrik stansiyası olan İqnalina AES-in daxili və xaricini çəkmək üçün Litvanın Visaqinas şəhərinə daşınıb. 2018-ci ilin iyun ayında çəkiliş komandası kiçik final səhnələrini çəkmək üçün Ukraynaya daşınıb. "Çernobıl" miniserialının çəkilişləri 16 həftə davam edib.

Filmin tam veriyasını buradan izləyə bilərsiniz: 
 
 


loading...

Xəbər lenti