İdman müəllimi tələbələri döydü - VİDEO

İdman müəllimi tələbələri döydü - VİDEO
Qazaxıstanın Almatı vilayətinin Jarkent bölgəsində kolleclərdən birində idman müəllimi tələbələri döyüb. 

BiG.AZ xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. 

Videoda müəllimin iki nəfəri yumruq və təpiklə döyməsi, eləcə də, təhqir etməsi əks olunub. 

Almatı polis idarəsindən verilən məlumata görə, faktla bağlı araşdırmalara başlanılıb. Həmin müəllim dərslərdən uzaqlaşdırılıb. Hadisənin başvermə səbəbi məlum deyil.

loading...

Xəbər lenti