İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı

İlham Əliyev icra başçısı ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev Musa Şəkiliyevin ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sonxeber.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Qeyd edək ki, Musa Şəkiliyev 23 sentyabr 1959-cu ildə Qax rayonunda anadan olub. Əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası kimi başlayıb.

O, 1981-1986-cı illərdə Qax Meşə Təsərrüfatı idarəsində meşə ustası və meşəbəyi, 1986-1987-ci illərdə Qax Rayon XDS İcrayə Komitəsində Mülki Müdafiə Qərargahının rəisi, 1987-1989-cu illərdə İlisu Dövlət Qoruğunun direktoru, 1989-2002-ci illərdə Qax Meşə Təsərrüfatının direktoru, 2002-2010-cu illərdə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin Mühafizəsi və Bərpası idarəsində rəis əvəzi, Meşələrin İnkişafı Departamentində direktor müavini vəzifələrində işləyib.

Musa Şəkiliyev Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2010-cu il tarixli 850 saylı sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

loading...

Xəbər lenti