İnam Kərimov iki direktor təyin etdi

İnam Kərimov iki direktor təyin etdi
Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri olub. 

Oxu.Az-ın məlumatına görə, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elşən Cəbrayılov Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru təyin edilib. 
O, bundan əvvəl Kürdəmir rayon icra hakimiyyətində aparıcı məsləhətçi işləyib.

Nazirin digər əmri ilə Etibar Muradlı Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyin edilib. 



Etibar Muradlı Bakı Dövlət Universitetini bakalavr dərəcəsi üzrə bitirdikdən sonra Çexiyanın Mendel Universitetində kənd təsərrüfatının menecmenti ixtisası üzrə magistr təhsili alıb.

"NPC Agro” konsaltinq və mühəndislik şirkətində direktor müavini vəzifəsində çalışıb. 
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin əməkdaşı olub, ötən ilin sonundan isə "Azəraqrar Dövlət istehsalat və Emal Birliyi” MMC-də işləyib. 

Qeyd edək ki, bir müddət əvvəl nazirin əmri ilə İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov və Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət prinsiplərinə zidd hərəkət etdikləri üçün vəzifələrindən azad ediliblər.

Şamaxı DAİM-in direktoru vəzifəsi isə vakant olub.

loading...

Xəbər lenti