Çingiz Abdyullayevi tənqid edən yazıçı AYB-dən qovuldu

Çingiz Abdyullayevi tənqid edən yazıçı AYB-dən qovuldu
Gənc yazıçı Elşad Barat Azərbaycan Yazıçılar birliyindən xaric edirlib. BakuPost xəbər verir ki, buna səbəb onun qurum haqqında tənqidi fikirlər səsləndirməsi, xüsusən də AYB-nin katibi Çingiz Abdullayevlə bağlı ittihamları olub. 
Elşad Batat statusunda qeyd edib ki, Çingiz Abdullayev AYB-yə, gənc və kasıb yazıçı, şairlərə ayrılmış 800 min manatdan gedib özünə 6-cı maşını alıb: "Bu da Çingizin 6-cı maşını. Nömrələrinə baxın hələ, əlində imkan var deyə restoranı arenda verir, büdcəni dağıdır...”

Bundan sonra Çingiz Abdullayev yazıçını məhkəməyə verəcəyini bildirmişdi: 
"Vicdansəz Elşad Barat! Sən mənim avtomobillərimin şəkili çəkmisən. Mən sənin kimi əhəmiyyətsiz bir adama cavab vermək məcburiyyətində deyiləm, ancaq başqalarına açıqlama vərirəm! Mənim "Cip" maşınım alti il bundan əvvəl alınıb. Mənim sənədlərim var. Ağ "kamri" maşın isə şəxsən mənə aid deyil. Bu dövlət nömrəsidir! Mən öz gəlirlərim haqqında arayış verə bilərəm. Sənin kimi istedadsızdan fərqli olaraq mən bütün dünyada çap olunuram! Sənin arenda haqqında alçaqcasına dediyin yalanlara cavab olaraq bildirmək istəyirəm ki, altmış dörd yazar xəstəliyi ilə əlaqədər olaraq hər ay darman almaq uçun yardım alır! Azərbaycan Yazıçılar Birliyinin vəsaitindən uşaqlarının müalicəsi üçün sənə 500 manat ayırmışıq! Anar muəllimdə öz şəxsi vəsaitindən sənə yardım edib! Mən səni kimi böhtançını məhkəməyə verirəm!”


loading...

Xəbər lenti