“Jurnalist binaları”nın sakinləri marşrutsuz qalıb - BNA isə “səbrli olsunlar” deyir

“Jurnalist binaları”nın sakinləri marşrutsuz qalıb - BNA isə “səbrli olsunlar” deyir
Artıq 5 gündür ki, ictimai nəqliyyatdan istifadə edə bilməyən Bakının Bibiheybət qəsəbəsində yaşayan "Jurnalist binaları”nın sakinləri mətbuat vasitəsilə Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət ünvanlasalar da, problem öz həllini tapmayıb.

Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxlayaraq, onların mövqeyini öyrənməyə çalışıb.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bununla bağlı hazırda iş prosesi gedir:

"Nəticə əldə edən kimi ictimaiyyətə məlumat verəcəyik. Yollar bağlıdır, avtobus xətti necə bərpa oluna bilər ki? Düşünürəm bu problem tək bizim yox, ümumilikdə dövlətin problemidir. Vətəndaşlara bildirmək istəyirik ki, bir az səbrli olsunlar. İş prosesi bitən kimi avtobus xətti yenidən öz istiqaməti ilə hərəkət edəcək”.

Qeyd edək ki, noyabrın 24-ü paytaxtın Bibiheybət məscidi yaxınlığından keçən magistral yolun çökməsi nəticəsində, həmin istiqamətdə yaşayan "Jurnalist binaları” və "Kristal” binaların sakinləri marşrutsuz qalıblar.

loading...

Xəbər lenti