Kombini işə salmazdan əvvəl bunları mütləq edin! - "Usta"lar sizi belə aldadır

10 Noyabr 2019, 23:49
10 Noyabr
2019
23:49
169
Havaların soyuması ilə əlaqədar əhali artıq qızdırıcı vasitələrdən istifadə etməyə başlayıb. Bu zaman bir neçə ay qeyri-işlək vəziyyətdə qalan avadanlıqlarda müəyyən problemlər ortaya çıxır. Əsas problemlər də məhz kombilərlə bağlıdır. Belə ki, hazırki dövrdə ən çox tələb olunan məişət texnikası mütəxəssisləri də elə kombi ustalarıdır. Bəs insanlar sözügedən avadanlığın xarab olmaması üçün nələrə diqqət yetirməlidir?
Mövzu ilə əlaqədar kombi mütəxəssisi Ramil Əmrahov fikirlərini Lent.az -la bölüşüb. Mütəxəssis kombini işə salmazdan əvvəl usta çağırılmasınıı məsləhət görüb:
"Sistemi işə salmazdan əvvəl mütəxəssis çağırmaq lazımdır. Yazdan etibarən kombini işlətmirik. Bəzi evlərdə isti su işləyir, bəzilərində yox. İsti su işləyən kombilərdə elə çox problem olmur. Amma işləməyən kombilərdə motor dayanır, bəzi ehtiyat hissələri qapanma rejiminə keçir. Onları işə salmaq üçün mütəxəssis gəlib, onu yoxlamalıdır. Kombinin içində filterasiya sistemi var, o təmizlənməlidir. Yalnız bundan sonra kombi işə salına bilər. Amma bizim camaat ustaya pul verməməkdən ötrü özü işə salır. Bununla da xırda xərc sonradan böyük xərcə çevrilir. Motoru yanır, müəyyən detallar sıradan çıxır. Son bir həftədə kombilərin həmin fəsadları ilə üzləşmişik, onları düzəldirik. Cüzi miqdarda düzələn problem indi böyük pul tələb edir. Ehtiyat hissələri də bahadır”.
Ramil Əmrahov ustaların yanında azacıq nə isə öyrənərək, heç bir təlimdə, seminarda iştirak etməyən və məlumatsız insanları aldadan "usta”lardan söhbət açıb. O, hazırda bu cür "usta”ların çox olduğunu deyib.
Mütəxəssis həmçinin Bakıda su və qazın çirkli olması səbəbi ilə kombilərin daha çox xarab olduğu rayonların adının çəkib:
"Çirkli sulardan sonra ən çox təmizlənən kombilər Nəsimi və Yasamal rayonlarındadır. Bunu da həmin rayonlara Qəbələ suyunun verilməsi ilə əlaqələndiririk. Ceyrabatan anbarından su verilən ərazilərdə kombilərin sudan xarab olması ilə üzləşməmişik. Amma Qaraçuxur, NZS, Nizami rayonunun əksər yerləri və ən çox Sabunçu rayonunda qazdan çirklənmə var. Özümüz də adıçəkilən yerlərdə kombilərə baxarkən görürük ki, qazın yanma kamerası tamamilə tutulub. Həmin zonaların qazı çox çirklidir. Elə olur ki, bir kombinin moturunu ildə iki dəfə açıb təmizləyirik”.
Ramil Əmrahov kombidə xırda bir nasazlığa görə də ustaya məlumat verilməsinin vacib olduğunu vurğulayıb. Bundan əlavə, mütəxəssis temperaturun müəyyən dərəcədə saxlanılmasının vacibliyini qeyd edib:
"Kombinin əvvəlki kimi işləmədiyini gördükdə dərhal servisə məlumat verilməlidir ki, mütəxəssis gəlib baxsın. Necə ki, digər əşyaların xarab olduğu səsindən və ya işləmə fərqindən bilinir. Kombi də elədir. Əks halda sonradan yaranacaq problem və onun xərci daha böyük ola bilər. İnsanlar suyun temperaturunu müəyyən dərəcədə saxlasınlar. Suyun havanın temperaturunda soyumasından asılı olaraq, çox da qaynar verməsinlər. 48 dərəcə istilikdən sonra artıq su ərp yaratmağa başlayır. Əksəriyyət kombinin temperaturunu 60 dərəcəyə qoyub ona soyuq su qatır. Maksimum dərəcə 60-dır. Ona görə də kombilər tez tutulur”.
loading...
Xəbər lenti
-
18:35“EuroHome”dakı yanğın zamanı oğurluq edən şəxslər saxlanılıb
-
18:32Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
-
18:30Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
-
18:30Bakıda avtobusa hücum - Sürücü döyüldü
-
18:29Bu şəxslərin maaşı artırıldı - SƏRƏNCAM
-
18:28Prezident Mədət Quliyevə yeni vəzifə verdi - SƏRƏNCAM
-
18:27Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
-
18:26Anar Ələkbərov Aslan İsmayılova zəng etdi
-
18:20Rəqəmsal transformasiya və rəqəmsal hökumət quruculuğu sahəsində koordinasiya varmı ?
-
10:55“Qobu Park-2” yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb
-
16:52Həştərxan loqistika habının yükdaşıma həcmi ildə 1 milyon tona çata bilər
-
16:49Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib
-
21:22Bu tarixlərdə qeyri-iş günü olacaq - SƏRƏNCAM
-
18:54Prezident Kərəm Həsənovu özünə köməkçi təyin etdi
-
18:52Prezident Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsi ləğv edilib
-
18:44Məcburi köçkünlərə hüquqi yardım göstəriləcək
-
18:29Prezidentdən Natiq Əmirovla bağlı - SƏRƏNCAM
-
18:29Prezidentdən Şahin Əliyevlə bağlı - SƏRƏNCAM
-
18:28Prezident Ədalət Vəliyevlə bağlı sərəncam imzaladı
-
18:27İlham Əliyevdən Fərəh Əliyeva ilə bağlı - SƏRƏNCAM
-
18:27İlham Əliyev Süleyman İsmayılova yüksək vəzifə verdi
-
18:24Prezident Administrasiyasının daha üç şöbəsi ləğv olunub - SİYAHI
-
18:23Prezidentdən Hikmət Hacıyevlə bağlı SƏRƏNCAM
-
18:22Prezident Katibliyinin rəisi-köməkçi postu ləğv edildi
-
18:21Prezident Məhərrəm Əliyevi yüksək vəzifəyə təyin etdi - General-polkovnik rütbəsi verildi
-
17:53Anar Ələkbərov Prezidentin köməkçisi oldu
-
17:46Prezident Administrasiyasının yeni strukturu – TAM SİYAHI
-
17:36İlham Əliyev Əli Həsənovu vəzifəsindən AZAD ETDİ - SƏRƏNCAM
-
17:29Prezidentdən mühüm sərəncam - Onu da vəzifəsindən azad etdi
-
17:22Administrasiyaya yeni şöbə müdirləri təyin edildi
-
16:58Yaşar Əliyev: "Qızım Ombudsman seçilərkən..." - FOTO
-
16:57İlham Əliyev İsrafil Məmmədovu qəbul etdi - FOTO
-
16:54Prezidentin yeni köməkçisi kimdir? - DOSYE
-
16:14Prezidentdən mühüm SƏRƏNCAM - Özünə köməkçi təyin etdi
-
15:16“Jurnalist binaları”nın sakinləri marşrutsuz qalıb - BNA isə “səbrli olsunlar” deyir
-
15:15“YAP-ın deputatları ciddi şəkildə dəyişəcək” - Siyavuş Novruzov
-
15:14Nazirlərin dekabr üçün QƏBUL GÜNLƏRİ açıqlandı
-
15:02Məcburi köçkün gənclərə şəxsi biznesini qurmaq üçün avadanlıqlar təqdim edilib - FOTO
-
14:50Milli Məclis nə vaxt buraxılacaq? - Tarix açıqlandı
-
14:48Yeni Ombudsman and içdi
10 Dekabr 2019
05 Dekabr 2019
02 Dekabr 2019
29 Noyabr 2019
Digər xəbərlər
-
CƏMİYYƏT
“EuroHome”dakı yanğın zamanı oğurluq edən şəxslər saxlanılıb
-
CƏMİYYƏT
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
-
CƏMİYYƏT
Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
-
CƏMİYYƏT
Bakıda avtobusa hücum - Sürücü döyüldü
-
CƏMİYYƏT, Manşet
Bu şəxslərin maaşı artırıldı - SƏRƏNCAM
-
CƏMİYYƏT
Prezident Mədət Quliyevə yeni vəzifə verdi - SƏRƏNCAM
-
CƏMİYYƏT
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
-
CƏMİYYƏT
Anar Ələkbərov Aslan İsmayılova zəng etdi
-
CƏMİYYƏT
Rəqəmsal transformasiya və rəqəmsal hökumət quruculuğu sahəsində koordinasiya varmı ?