Metro sərnişinlərinə ŞAD XƏBƏR

Metro sərnişinlərinə ŞAD XƏBƏR
Bakı metrosuna daha 10 yeni sərin vaqonlar gətirilir.

Redaktor.az xəbər verir ki, bu sözləri "Baki Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun 22 iyul - Mətbuat Günü münasibətilə jurnalistlər üçün təşkil olunan yemək süfrəsində çıxışı zamanı bildirib.

Qurum rəsmisi bildirib ki, xəttə buraxılacaq iki qatar üçün nəzərdə tutulan 10 yeni vaqon Rusiyanın "Transmaşholdinq” səhmdər cəmiyyəti tərəfindən hazılanıb. Yeni vaqonlar paytaxt Bakıya gətirilməsi üçün artıq yoldadır.

Qeyd edək ki, xəttə buraxılacaq yeni vaqonlar əvvəlki nəsil vaqonlardan fərqlənir. Yeni vaqonların konstruksiyası səs-küy və istilik izolyasiyasına, kondisioner, ventilyasiya sisteminə, sərnişinlərin elektron qurğularının doldurulması üçün USB portlara malikdir. Bu vaqonlarda quraşdırılmış kondisionerlər Bakının iqliminə uyğunlaşdırılaraq , yüksək soyutma sistemləri ilə təmin olunub.

loading...

Xəbər lenti