Metroda həyəcanlı anlar - Sərnişinlər təxliyə edildi

Metroda həyəcanlı anlar - Sərnişinlər təxliyə edildi
Bu gün axşam saatlarında metronun "İçərişəhər” stansiyasında qatarın əyləc sistemində nasazlıq yaranıb.Yaranan problemə görə, sərnişinlər qatardan təxliyyə edilib. Qatar isə depoya göndərilib.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, əyləc sistemində yaranan nasazlıq səbəbi ilə platformaya spesifik qoxu yayılıb. Bu da sərnişinlər tərəfindən tüstülənmə kimi başa düşülüb. Təxliyyə edilən sərnişinlər başqa qatarla yola salınıblar.

BAKU.WS
Загрузка...

Xəbər lenti