"Məzarı hazırladıq, gəlin..." – Ərdoğandan SƏRT BƏYANAT - VİDEO

"İndi də Münbiçdə kanallar açırlar. Bu nə deməkdir? "Biz məzarı hazırladıq, gəlin dəfn mərasimini keçirin" deyirlər. Oraya da girəcəyik".

Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İspartada bir açılış mərasimində deyib.

 

"Atdığımız qərarlı addımlar sayəsində Cerablusdan Əl-Baba, Afrindən İraqın şimalına, Cudidən Gabara, Tendürəkə qədər çox çətin coğrafiyalarda təhlükəsizlik güclərimiz terror təşkilatlarına qan qusdurur. Hara qaçırlarsa qaçsınlar, bu xalqa xəyanət edənləri oralarda da rahat qoymayacağıq", - prezident deyib.

Xatırladaq ki, Ərdoğan daha əvvəl Suriyada Fəratın şərqində terror təşkilatlarına qarşı əməliyyatın anonsunu verib.

/sonxeber.az


Загрузка...

Xəbər lenti