Müəllimlərin diaqnostik qiymətləndirilməsində 55 bal toplayana dərs verilmir- NAZİRƏ ŞİKAYƏT

Müəllimlərin diaqnostik qiymətləndirilməsində 55 bal toplayana dərs verilmir- NAZİRƏ ŞİKAYƏT
Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Məmmədov Nizami Hidayət oğlu Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramova müraciət edib. Müraciətə səbəb isə müəllimin üzləşdiyi qanunsuzluqdur.

Müraciətinin bir surətini Gununsesi.org-a yollayan vətəndaş onun işıqlandırılmasını xahiş edib.

Həmin müraciəti olduğu kimi təqdim edirik:

Cənab Nazir!

Bir neçə ildir ki, Tovuz rayon Təhsil şöbəsinə, rayon və kənd məktəblərinə müraciətlərimə əhəmiyyət verilmədiyi üçün Sizə müraciət edəsi oldum. Mən Məmmədov Nizami Hidayət oğlu 1975-ci ildə Tovuz rayonunda anadan olmuşam. Nəsrəddin Tusi adına məktəbi bitirib, "Bakı Ali Birləşmiş Komandanlıq” məktəbini, indiki "Heydər Əliyev adına Hərbi Akademiyanı” bitirdikdən sonra Müdafiə Nazirinin əmrinin əsasən 1995-2001-ci illərdə Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə zabit olaraq xidmət göstərmişəm. Ehtiyata buraxıldıqdan sonra doğma kəndimizə qayıdıb rayon Təhsil Şöbəsinin əmri və göndərişinə əsasən Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində daimi müqavilə əsasında işlə təmin olunmuşam, 2002-ci ildən 2015-ci ilə qədər həmin məktəbdə hərbi müəllim kimi çalışmışam. Məktəbin yeni direktoru Nüsrət Quliyevin təyinatından sonra dərs saatı ilə problemlər yaşamışam.

"Mina təhlükəsizliyi” mənim ixtisasım olduğu halda həmin dərsin tədrisini qeyri-ixtisas müəllimləri icra etməsinə baxmayaraq mənə dərs verilməyib. Sonunda isə digər hərbi müəlliminin müharibə veteranı olduğunu əsas göstərərək mənim əmək müqaviləm olmasına baxmayaraq dərs saatlarını ləğv edərək, heç bir əsas olmadan məni işdən azad edib. Bugünəcən işdən azad olunduğum barədə ərizəm təsdiq olunmayıb. N.Tusi adına orta məktəbdə hərbi təlim müəllimim işdən azad olunub və hal-hazırda həmin dərsi qeyri-ixtisas müəllimləri əvəz etsə də, dəfələrlə müraciətimə baxmayaraq məni öz ixtisasım üzrə işlə təmin etmirlər. Müəllimlərin diaqnostik qiymətləndirilmədində 55% bal toplamağıma baxmayaraq Rayon Təhsil Şöbəsinə müraciətimə əhəmiyyət verilməyib, sanki futbol topu kimi məni bir-birinə ötürüb dinləməyirlər. Hörmətli Nazir ! Ailədə əmək qüvvəsi olan və işləyən yeganə insan mənəm. Himayəmdə xəstə valideyinim və əlil uşağım var. Heç bir biznes və əlavə gəlirim yoxdur. Ailəmi dolandırmaq üçün yalnız müəllimlik maaşım bizi idarə edirdi. Hal-hazırda işsizlikdən çox əziyyət çəkirəm. Öz işimə bərpa olunmağım və yaxud başqa kənd məktəbində işlə təmin olunmağım üçün Sizə üz tutub, kömək istəmək məcburiyyətindəyəm.

Çox ümid edirəm ki, Sizə müraciətimə baxib işlə təmin olunmağıma dəstək və kömək göstərəsiniz.

Məmmədov Nizami

Tarix  2018-ci il

(050) 591-86-87
loading...

Xəbər lenti