Nazir problemli kreditlərin həlli ilə bağlı son tarixi açıqladı

Nazir problemli kreditlərin həlli ilə bağlı son tarixi açıqladı
Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanda nəzərdə tutulmuş tapşırıqların icrası mayın sonunadək təmin ediləcək. 

Panorama.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib.

"Söhbət, ilk növbədə, xarici valyutada olan kreditlərdən gedir. Maliyyə Bazarlarına Nəzarət Palatasının sifarişləri əsasında lazım olan məbləğ müvafiq bank hesablarına köçürülüb. Bu işlərin mayın 28-dək başa çatdırılması planlaşdırılır", - deyə o bildirib.

loading...

Xəbər lenti