Operativ və zəngin funksionallığı olan qurum saytları – Jurnalistlər arasında sorğu

Operativ və zəngin funksionallığı olan qurum saytları – Jurnalistlər arasında sorğu

Əvvəllər rəsmi qurumların saytları çox sadə statik quruluşda hazırlanırdı. İnternet şəbəkələri genişləndikcə, həm keçidlərin sayı artdı, həm də informasiya məlumatları çoxaldı. Bu proseslər saytlarda operativliyi, dinamikliyi və interaktivliyi çoxaldıb. Artıq saytlar daha çox onlayn xidmətlər göstərir, zəngin funksionallıq təqdim edirlər. Bəs Azərbaycanda fəaliyyət göstərən qurumların saytlarından hansılar daha operativ və zəngindir?

 

TED.az olaraq mövzu ilə əlaqədar media nümayəndələrinin fikirlərini öyrəndik.

 

"525-ci qəzet"in əməkdaşı, yazıçı Cavid Qədir hesab edir ki, dövlət qurumlarının saytları arasında funksionallığı, eləcə də materialların zənginliyi baxımından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi portalı daha çox seçilir. Bundan başqa, sözügedən nazirlik media ilə münasibətdə də müsbət mənada özünü göstərə bilib: "Nəzərə alsaq ki, bəzi dövlət qurumlarının saytları aylarla yenilənmir, yaxud ümumiyyətlə, işlək deyil, ETSN-nə yalnız təşəkkür etmək qalır”.

 

 

"Axar.az” saytının əməkdaşı Nərmin Əkbərli isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytının digərlərindən seçildiyini qeyd etdi: "İnternet resursları əlbəttə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha güclüdür. Fikrimcə, buna görə də bu nazirliyin saytı daha yaxşıdır. Sayta daxil olanda başqaları kimi gecikmələrlə qarşılaşmıram. Dizaynda maraqlıdır. Nazirlik saytda öz profilinə uyğun dizayn yaradıb. Lakin xəbərləri az olur. Hesab edirəm ki, bu nazirliyin saytda yer alan xəbərləri daha çox olmalıdır”.

 

 

"YeniSabah.az”saytının əməkdaşı Əsmər Qabil Fövqəladə Hallar Nazirliyi və Dövlət İmtahan Mərkəzinin saytını daha operativ hesab edir: " Digər qurumlarda xəbərlər az olur və gec yerləşdirilir. Ən operativ və funksionallıq baxımından zəngin sayt FHN və DİM-dir”.

 

 

"Panorama.az”saytının baş redaktoru Orxan Aslanlı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytını daha faydali hesab edir: " Bu qurumun saytı əhali üçün daha faydalıdır. Həmçinin statistik melumatlarla da çox zəngindir”.

 

 

"Report”informasiya agentliyinin əməkdaşı Şəfiqə Nazimqızı Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi və Kənd Təssərrüfatı Nazirliyinin saytlarını funkionallıq baxımından daha zəngin hesab edir: " Hər üç saytın axtarış bölmələri  yaxşı tərtib edilib.  Məlumatlar bölmələrə uyğun şəkildə yerləşdirilib”.

 

 

"Ədalət” qəzetinin müxbiri, gənc yazar Ulucay Akif isə Mudafiə Nazirliyinin saytının fəaliyyətini bəyəndiyini bildirir: "Ümid edirəm ki, təkcə fəaliyyətlərini yox, bundan sonra  verdikləri xəbərləri də bəyənərəm. Bizə müjdəli xəbərlər versinlər, şəhid xəbərləri yox!”

 

 

Report İnformasiya Agentliyinin əməkdaşı Tural İbadlı hesab edir ki, Energetika və Vergilər Nazirliyinin saytları ən operativ və zəngin məlumatlı daha çox funksionallığı olan saytdır: "Son zamanlar Gömrük Komitəsinin də saytı, həm xidmət həm də operativlik baxımından müsbətə doğru dəyişib”. 

 

loading...

Xəbər lenti