Prezident gənc oğlanın xahişinə belə cavab verdi - VİDEO

Prezident gənc oğlanın xahişinə belə cavab verdi - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni "Gənclik” parkında "Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər.

BAKU.WS xəbər verir ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ağacəkmə aksiyasının iştirakçıları ilə görüşüb söhbət etdilər.

Bu zaman gənc oğlan prezidentə yaxınlaşaraq çəkdirdiyi şəklin bulanıq olduğunu və təkrar çəkilməsini xahiş edib. İlham Əliyev məmnuniyyətlə onunla foto çəkdirib. Daha sonra prezident gənc oğlandan şəklin necə olduğunu soruşub. 

Bu səmimi görüntülər çoxlarının diqqətini çəkib. 

Sözügedən kadrları təqdim edirik:
 

loading...

Xəbər lenti