Prezident İlham Əliyev icra başçısını ordenlə təltif etdi

Prezident İlham Əliyev icra başçısını ordenlə təltif etdi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Z.F.Fərəcovun 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Sərəncamda belə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".

loading...

Xəbər lenti