Qarabağ qazisi ölkə rəhbərliyinə müraciət etdi: “Ölümə doğru gedirəm”

Qarabağ qazisi ölkə rəhbərliyinə müraciət etdi: “Ölümə doğru gedirəm”
Xroniki böyrək xəstəliyindən əziyyət çəkən Qarabağ qazisi İlqar Məmmədov I vitse-prezident Mehriban Əliyevaya müraciət edib. 
"Yeni Sabah” xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi, ev 2A ünvanında yaşayan Məmmədov İlqar Fikrət oğlu müalicəsi ilə bağlı ölkə rəhbərliyindən kömək istəyib: 

Mən Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mərdliklə vuruşmuş, xəsarət alan Qarabağ qazisiyəm. Eyni zamanda Heydər Əliyev siyasətinə ləyaqətlə xidmət etmişəm. Dövlətimizin qurulmasında 1993-cü il tarixində Lənkəran hadisələrində Azərbaycanın suverenliyi, müstəqilliyinə qarşı baş verən dövlət çevrilişinə cəhdin qarşısının alınmasında fəal iştirak edən, əzab -əziyyət çəkmiş insanlardan biriyəm. Qarabağ qazisi və 1-ci qurup əliləm. 

Mən Sizin səxavətinizə inanaraq bu məktubu yazıram. Mən hal-hazırda hər iki böyrək çatışmazlığından əziyyət çəkirəm. Daxili İşlər Nazirliyinin Hospitalında 1, 3, 5 -ci günlər hemodializ seansı alıram. Gün-gündən zəifləyir, halsızlaşıram, ölümə doğru gedirəm. Maddi cəhətdən imkansız ailəyik. Həyat yoldaşım da 2-ci qrup əlildir. Mən bu həyata və gələcəyə olan inamımı itirməmişəm. Bunun üçün də göydə Allah, yerdə Sizdən köməklik gözləyirəm. Həyatımı davam etdirmək, sağlamlığıma qovuşmaq üçün, böyrək transplantasiyası əməliyyatına ehtiyacım var. Bu əməliyyatı həyata keçirmək üçün maddi yardıma ehtiyacım var. Çox xahiş edirəm mənə köməklik edəsiniz, sağlamlığıma qovuşum. Ancaq böyrək köçürülməsi ilə sağalmağım mümkündür. Bunun üçün nə donorum, nə də pulum yoxdur. Donorum olmadığına görə əziyyət çəkirəm. Odur ki, mənim müraciətimi nəzarətinizə götürərək, köməklik göstərməyinizi Sizdən çox xahiş edirəm. Vətən üçün, dövlət üçün, torpaq üçün döyüşən, xəsarət alan və sağlamlığını itirən Qarabağ qazisinə Siz sahib çıxmasanız, sağlamlığını itirənə siz yardım etməsəniz Sizdən başqa mənə kim yardım edəcək? Mən inanıram ki, siz mənə köməklik edəcəksiniz”.

Загрузка...

Xəbər lenti