"Qarabağ"ın rəqibi bəlli oldu

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın potensial rəqiblərindən APOEL (Kipr) və "Sutyeska” (Monteneqro) klubları üz-üzə gəliblər. Görüş Kipr təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da APOEL növbəti mərhələyə vəsiqə qazanıb. Əgər sabah "Qarabağ" Bakıda "Dundalk"ı keçsə, növbəti mərhələdə APOEL-lə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" - "Dundalk" oyunu sabah Bakı vaxtı ilə 21:00-da start götürəcək.

loading...

Xəbər lenti