Qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış məcburi köçkünlərlə bağlı qərar verildi

Qəzalı vəziyyətdə olan yataqxanada məskunlaşmış məcburi köçkünlərlə bağlı qərar verildi
Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsinin noyabrın 11-də çökməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerində olublar.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinndən xəbər verilib.

Məlumata görə, hazırda həmin yataqxanada müvəqqəti məskunlaşmış 17 məcburi köçkün ailəsinin vəziyyəti ilə bağlı yerində araşdırma aparıblar: "Məlum olub ki, binanın dam örtüyünün çökən hissəsindəki yaşayış sahəsində məskunlaşmış şəxs əslən Cəbrayıl rayonundandır, lakin məcburi köçkün deyildir. Yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin heç birinə hadisə nəticəsində maddi ziyan dəyməyib.

Dövlət Komitəsi yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, həmin ailələrin respublika ərazisində müxtəlif qəsəbələrdə, fövqəladə hallar üçün nəzərdə tutulmuş boş mənzil fondunda müvəqqəti yerləşdirilməsi istiqamətində iş aparır”.


loading...

Xəbər lenti