Qırğızıstan səfiri siyasi sığınacaq istədi

Qırğızıstan səfiri siyasi sığınacaq istədi
Qırğızıstanın Cənubi Koreyadakı səfiri Kılıçbek Sultan xarici ölkələrin birində siyasi sığınacaq istəyib. 

Oxu.Az xəbər verir ki, bu barədə Qırğızıstanın "24” informasiya agentliyi məlumat yayıb. 

Birdirilir ki, hazırda səfir ailəsi ilə birlikdə Cənubi Koreyadadır. 

"Daha nə hakimiyyətə, nə də prezidentə etibarım qalmayıb. Qırğızıstanda belə iqtidarı tanımıram. Qırğızıstana qayıtmayacağam”, - deyə o vurğulayıb.

Qeyd edək ki, sentyabr ayında K. Sultan Bişkekdə keçirdiyi brifinqdə Qırğızıstan xarici siyasət idarəsinin rəhbərliyini çoxsaylı qanun pozuntularında, o cümlədən korrupsiyada ittiham edib. Diplomat bu barədə hökuməti xəbərdar etsə də, cinayət işi açılmayıb.

Səfir müvafiq materialları Prezident Aparatına təqdim etdikdən sonra xarici işlər nazirliyində yoxlama aparılıb və pozuntular aşkarlanıb. 

Baş verənlərin fonunda xarici işlər naziri Erlan Abdıldayev bu gün istefa verdiyini açıqlayıb. Prezident onun istefasını qəbul edib. Eyni zamanda prezident ölkənin Seuldakı səfiri K. Sultanın vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 
Загрузка...

Xəbər lenti