Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verdi

Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verdi
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Elton Məmmədova vəzifə verib.

Panorama.az Unikal.org-a istinadən xəbər verir ki, akademik R.Mehdiyevin əmri ilə, Elton Məmmədov AMEA-nın "Yüksək Texnologiyalar Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edib.

Elton Məmmədov açıqlamasında xəbəri təsdiqləyib:

"Bəli, yeni vəzifəyə təyin olunmuşam.İndi gedirəm yeni işimlə tanış olmağa. Bu səbəbə görə də Azərbaycan Texniki Universitetdəki fəaliyyətimi dayandırmışam."

Xatırladaq ki, keçmiş deputat Elton Məmmədov eks-Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

loading...

Xəbər lenti