Çörçilin nəvəsi Rusiya prezidentini timsahla müqayisə etdi: "Təcili Putini dayandırın..."

Çörçilin nəvəsi Rusiya prezidentini timsahla müqayisə etdi:
Rusiya prezidenti Vladimir Putin haqqında elə bir yazı yoxdur ki, bəzən birbaşa, bəzən də dolayısı yolla Azərbaycanla bağlı olmasın. Rusiya siyasətini müəyyənləşdirən şəxsin gözündə keçmiş SSRİ ərazisi hələ də Kremlin hədəfidir. Baxmayaraq ki, Serbiya, Venesuela, Suriya, Şimali Koreya, İranla da bağlı apardığı siyasət dünyanın təhlükəsizliyinə böyük təhdiddir, amma onun əsas hədəfi Rusiyanın hüquqi cəhətdən ərazisindən çıxmış, de fakto təsirində saxlamaq istədiyi keçmiş müttəfiq respublikalardır. Onlardan biri də bizik. 
 
Beləliklə, Moderator.az XX əsrin və bəlkə də bütün zamanların nəhəng siyasət adamı Uinston Çörçilin nəvəsi Daniel Hoffmanın Nikolas Soumsla birgə yazdığı və ABŞ-ın nüfuzlu "Fox News" nəşrində dərc edilən məqaləsini diqqətinizə çatdırır:

"Kreml özünü xalqın bir hissəsindən daha çox təcavüzkar və təhlükəli təcrid olunmuş - dövlət kimi aparır.
Putin Sovet şər imperiyasının ruhunu canlandırmağa çalışır. Çəkindirici, məhdudlaşdırıcı siyasət Soyuq Müharibə dövründə Sovet İttifaqına qarşı mübarizədə təsirli bir tədbir olduğu üçün, bu gün də Kremldəki KGB agenti Putinə qarşı istifadə edilə bilər.
Ölkəsini və Qərbi diktaturaya qarşı mübarizədə ümumi bir cəbhədə birləşdirən ser Uinston Çörçil, şübhəsiz ki, Rusiyanın təcavüzünə qarşı Trafalqar meydanında bütün zənglərə döyüb, həyəcan təbili çalardı... 

Məhz Çörçil tərəddüd etmədən, hətta populyar olmayan, uzaqgörənliklə və qətiyyətlə  çıxış edərək nasist Almaniyası ilə yumşaq davranmanın əleyhinə çıxdı.  Çörçill Hitlerə qarşı mübarizəyə qoşulmaqdan imtina edən neytral ölkələrə üzünü tutub: "Hamı ümid edir ki, əgər timsahı düzgün yemləyərsə, timsah onu sonda yeyər. Hamısı ümid edir ki, fırtına onların yeyilməsindən əvvəl  bitəcək. Lakin <...> fırtına dayanmayacaq. O, qəzəblənəcək və daha ucadan və daha da geniş şəkildə bağıracaq".

Putin üçün demokratiya ən dəhşətli təhlükədir, xüsusən dağılmasını Putin vaxtilə "XX əsrin ən böyük geosiyasi fəlakəti" adlandırdığı keçmiş Sovet İttifaqı ərazisində olan demokratiya. Putin rejiminin təhlükəsizliyini parlaq iqtisadi gələcəyi olan və geniş rusdilli əhaliyə malik demokratik qonşusu olan Ukraynadan daha çox heç nə təhdid etmir. Putin üçün daha pis olan odur ki, Ukrayna 2016-cı ildə sərbəst ticarət sazişi imzaladığı AB-yə və Ukraynanın kiber məkanını qorumağa kömək edən NATO-ya üzv olmağa çalışır.

Qısa müddətdə Putin Ukraynanın siyasi və ərazi cəhətdən o qədər parçalanmasını istəyir ki, NATO və Aİ-yə üzv olmaq məsələsindən söhbət belə getməsin. Uzun müddətdə isə Ukraynanı bir dövlət olaraq məhv etməyə çalışır. Putin istəmir ki, qonşuluqdakı uğurlu bir demokratiya onun əsas vətəndaş azadlıqlarından, ifadə və sərbəst toplaşma azadlıqlarından məhrum etdiyi daxili rəqibləri üçün ümid mayakı və ilhamvericisi olsun.  

Rusiya Krımı qanunsuz ilhaq etdikdən sonra Qərb sanksiyalar tətbiq etdi və "Böyük səkkizlik”-G8 Rusiyanın üzvlüyünü dayandırdı. 2018-ci ilin may ayında Tramp administrasiyası "Javelin” tank əleyhinə raket sistemlərini Ukraynaya təhvil verdi. Lakin ölkə yenə, daha da güclənən və təhlükəli olan Rusiya mühasirəsi altında qalmaqda davam edir.

Rusiyanın çirkin davranışını dayandıra biləcək ciddi siyasi tədbirlər olmadan edilən xəbərdarlıqlar, yalnız yeni təcavüzə səbəb olur. Qərbin Rusiyanın Ukraynaya təcavüzünü dayandırmasına imkan verən kəşfiyyat, hərbi, diplomatik və iqtisadi tədbirlərin köməyi ilə keçə bilməyəcəyi bir xətt qurmasına və onu gücləndirməsinə çox vaxt qalmır.

ABŞ və müttəfiqləri Putinin Ukraynaya qarşı çirkin siyasətini açmaq üçün ictimaiyyətə, o cümlədən Rusiyanın daxilinə güclü təzyiq göstərməli, bu siyasətin Rusiyanın və bütün bölgənin iqtisadiyyatına zərər vurduğunu açıqlamalıdır.  ABŞ və Ukrayna üçün Ukrayna Prezidenti Vladimir Zelenskinin Ağ Evə planlaşdırılan səfəri, ikitərəfli əməkdaşlığı ən yüksək səviyyədə müzakirə etmək üçün əla fürsətdir.
Çörçill Ukraynanı Rusiya casus şəbəkəsinə və hərbi, iqtisadi və kiber hücumlarına qarşı mübarizənin sərhəddi kimi tanıyardı. Əgər ABŞ onun (Çörçilin) nümunəsinə tabe olmasa və elə indi Rusiya timsahına qarşı koalisiyaya rəhbərlik etməsə, onda yalnız Putin bizdən ötrü gələndə.., özümüzü günahlandırmalı olacağıq".

Qeyd edək ki, Ser Nikolas Soums İngiltərə Parlamentinin mühafizəkar üzvü, keçmiş Müdafiə naziri və NATO Parlament Assambleyasının üzvüdür.

Daniel Hoffman isə 2018-ci ilin may ayından "Fox News”-in müəllifi. Fox News-a qoşulmadan əvvəl, Hoffman CIA-də ( Mərkəzi Kəşfiyyat idarəsi) karyera qurub, burada üç dəfə rezidenturanın başçısı və xüsusi xidmət orqanının böyük zabiti vəzifəsinə təyin edilib. Uinston Çörçillin nəvəsidir.
loading...

Xəbər lenti