Rusiya 36 tondan çox Azərbaycan pomidorunu geri qaytardı

Rusiya 36 tondan çox Azərbaycan pomidorunu geri qaytardı
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin Karaçay-Çərkəz Respublikasının Stavropol vilayəti üzrə İdarəsinin əməkdaşları Azərbaycandan bu vilayətə  gətirilmiş ümumi çəkisi 36,5 ton olan 2 partiya faraş pomidoru geri qaytarıb.

Məhsula baxış zamanı pomidorda Cənubi Amerika tomat güvəsi aşkar edilib. Bu məlumat müxtəlif laborator ekspertizalarla təsdiqini tapıb.

Qanunlara əsasən karantin məhsulların bölgəyə aparılmasına qadağa qoyulub, məhsul yükü göndərənlərə geri qaytarılıb.

/qaynarinfo.az
Загрузка...

Xəbər lenti