Rusiyalı nazir xüsusi təyinatlını öldürən erməninin ardınca Yerevana uçdu

Rusiyalı nazir xüsusi təyinatlını öldürən erməninin ardınca Yerevana uçdu
Rusiya Silahlı Qüvvələrinin Baş qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı döyüşçüsünün ermənilər tərəfindən bıçaqlanıb öldürülməsi ciddi rezonans yaradıb.

Virtualaz.org xəbər verir ki, bu hadisə iyunun 1-də axşam Moskva ətrafındakı Putilkovo şəhərində baş verib. QRU xüsusi təyinatlısı Nikita Belyankin rəfiqəsi ilə birlikdə pivə barlarından birinin qarşısından keçərkən bir qrup "Qafqaz mənşəli” şəxsin iki rusu döydüyünü görüb.

Belyankin davaya müdaxilə edib və özünə məxsus travmatik tapançadan havaya atəş açıb.Amma dava sakitləşməyib və rusları döyənlər bu dəfə Belyankinə hücum ediblər. Onlar xüsusi təyinatlını yerə yıxıb, təpikləyib və sonradan Ermənistan vətəndaşı olduğu üzə çıxan biri Belyankinə bıçaqla zərbələr endirib. Xüsusi təyinatlı hadisə yerində ölüb. Onu döyənlər və öldürənlər isə hadisə yerindən sakitcə çıxıb gediblər. Çünki polis hadisə yerinə yarım saat sonra gəlib.

Xüsusi təyinatlının öldürülməsi ciddi rezonans doğurub və işin istintaqını İstintaq Komitəsi, DİN rəhbərliyi öz nəzarətinə götürüb. Məlum olub ki, Belyankinə təxminən 20-yə yaxın adam hücum edib. Onların arasında çeçenlər və ermənilər də olub. Belyankini bilavasitə bıçaqlayıb öldürən isə erməni kababçı Qriqor Ohanyandır. O, iyunun 2-də gecə Yerevana uçub. Qətldə iştirak edən bir erməni isə Yerevana uçmaq istərkən təyyarədə saxlanılıb. 17 nəfər axtarışa verilib. Şübhəlilərdən daha bir neçəsinin erməni olduğu və onların da Yerevana qaçdığı bildirilir.

Rusiya KİV-ləri xəbər verir ki, Ohanyanın ardınca Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev də Yerevana uçub. O, ötən gün iyunun 4-də Yerevanda erməni həmkarı Valeri Osipyanla görüşüb. Kolokoltsevin Yerevanda apardığı danışıqlarda QRU xüsusi təyinatlısını öldürən Ohanyanın həbsinin və Rusiyaya təhvil verilməsi məsələsinin müzakirə edildiyi istisna deyil. Danışıqların rəsmi hissəsində bu məsələ qaldırılmayıb.

Məlumata görə pivə barında dava Aleksandr Orlov və qohumu Aleksandr Sergeyevin bardakı "qafqazlılara” sataşması səbəbindən baş verib. Onlardan biir içəri girəndə "bu gün burada nə qədər çox "çurik” toplaşıb” deyə atmaca atıb.

QRU xüsusi təyinatlısını öldürən Ohanyanın barəsində Ermənistan hüquq-mühafizə orqanlarının hansı tədbir gördüyü məlum deyil. Amma bəribaşdan demək olar ki, bu qətl Ermənistanla Rusiya arasında müəyyən gərginlik yaradacaq. Ermənistan yəqin ki, Ohanyanı Rusiyaya təhvil verməyəcək. Çünki bundan əvvəl Ermənistanda bir ailəni güllələyib qətlə yetirən Rusiya əsgəri bu ölkəyə təhvil verilməmişdi. Bu yaxınlarda 102-ci bazanın daha bir hərbçisi Gümrüdə süpürgəçi qadını öldürdü və yenə də Ermənistana təhvil verilmədi. 

loading...

Xəbər lenti