Sabah biz ölüb gedəndə... - Deputat

Sabah biz ölüb gedəndə... - Deputat
Milli Məclisin deputatları parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlini 50 illik yubileyi münasibəti ilə təbrik edib.

Publika.az-ın xəbərinə görə, millət vəkili Tahir Kərimli həmkarı Əli Hüseynlinin 50 yaşının tamam olduğunu deyib və onu peşəkar hüquqşünas kimi xarakterizə edib.

Millət vəkili bildirib ki, hələ 1992-ci ildən Əli Hüseynli tanıyır:

"Biz birlikdə Ali Məhkəmədə işləmişik. Onu alicənab, savadlı insan kimi izləmişəm. Onu son 3 ildə daha yaxından izləyə bilirəm. Yaşlı adamam, ondan umacağım bir şey yoxdur. Amma onun simasında Azərbaycanda görkəmli şəxsiyyətlərin simasını görürəm. Sabah biz ölüb gedəndə Azərbaycan etibarlı əllərdə olacaq. Çünki belə savadlı hüquqşünaslarımız var”.

Tahir Kərimlinin çıxışından sonra parlament üzvləri alqışla Əli Hüseynlinin doğum günü münasibətilə təbrik edib.

Xəbər lenti