Səhiyyə ƏDV-dən azad edilir? - “Dövlət büdcəsinə ziyanı araşdırılmalıdır” - DEPUTAT

Səhiyyə ƏDV-dən azad edilir? - “Dövlət büdcəsinə ziyanı araşdırılmalıdır” - DEPUTAT
Ötən gün Milli Məclisin Səhiyyə Komitəsinin iclasında komitə üzvü, Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov tibb sahənin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi təklifi ilə çıxış edib. 

O, yəqin ki, bu məsələyə baxılacağını da deyib. Hazırkı qanunvericiliyə əsasən, dövlət səhiyyə müəssisələrində xidmət pulsuzdur. 

Belə olan halda səhiyyə nəyin ƏDV-sini ödəyir? 

Milli Məclisin üzvü Fazil Mustafa Cebhe.info-ya bildirib ki, səhiyyədə  özəl sector da var: 

"Yəqin ki, burada gətirilən materiallar, müalicə aparatları və digər avadanlıqlar nəzərdə tutulur. Hesab edirəm ki, bu məsələ müzakirəyə çıxarılandan sonra nə dərəcədə effektli olub-olmamasına münasibət bildirmək doğru olar. Səhiyyənin gəlir və çıxarları dəqiqləşdirilməlidir. Statistika səhiyyənin ƏDV-dən azad edilməsi məsələsinin dövlət üçün ciddi ziyanının olub-olmamasını göstərməlidir. Bu gün səhiyyənin böyük əksəriyyəti özəldir və bunu özləri həll edirlər. Dövlət səhiyyəsində isə xidmət elə də yüksək səviyyədə deyil. Səhiyyənin ƏDV-dən azad edilməsinin müəyyən problemləri də ola bilər. Hər halda bu məsələ araşdırılmalıdır”. 

Deputat Milli Məclisdə hər məsələnin müzakirəsinin mümkünlüyünü də qeyd edib:

"Amma ilk növbədə bunun dövlət büdcəsinə zərəri olub-olmadığı araşdırılmalıdır. Əsaslandırılmış arqumentlər olsa, təbii ki, nəzərdə tutmaq olar”. 

loading...

Xəbər lenti