Şəki xan sarayındakı qəza zamanı 19 nəfər xəsarət alıb - RƏSMİ

Şəki xan sarayındakı qəza zamanı 19 nəfər xəsarət alıb - RƏSMİ
Şəki xan sarayında bu gün səhər saatlarında baş vermiş bədbəxt hadisəyə görə 19 nəfər xəstəxanaya müraciət edib. Bunu BakuPost saytına Səhiyyə Nazirliyindən bildiriblər. 

Məlumata görə onlardan ikisi hospitalizasiya edilib: "17 nəfərin müəyyən hissəsinə ilkin tibbi yardım göstərilib, digərlərinin müalicəsi hazırda davam edir. Paytaxtdan 2 nəfər xəstəxanaya yerləşdirilən şəxsə görə yüksək ixtisaslı mütəxəssislər çağırılıb”.

Qeyd edək ki, muzeyin həyətindəki iri çinar ağacının iri budaqlarından biri qırılaraq, turistlərin üzərinə düşüb.
Xəsarət alanalar Şəki Mırkəzi Xəstəxanasına aparılıb.
 

loading...

Xəbər lenti