Şəmsəddin Xanbabayev yeni başçıdan DANIŞDI: "Namuslu-qeyrətli oğlandır"

Şəmsəddin Xanbabayev yeni başçıdan DANIŞDI:
Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayev onun yerinə təyin olunan şəxslə bağlı fikirlərini bildirib.

Unikal.org-a açıqlama verən Ş.Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin yeni başçısı Elnur Rzayevlə görüşdüyünü deyib:

"İşdən çıxanda Elnur müəllimlə görüşüb, tanış olduq. Çox yaxşı, işgüzar adam, namuslu-qeyrətli oğlandır. İşləmək istəyir, ona görə də yeni başçıya yaxından kömək göstərməliyik. Möhtərəm prezidentimiz onu təyin edibsə, deməli onu yaxından tanıyır. Allah prezidentimizə can sağlığı versin. Allah Elnur müəllimə də güc-qüvvət versin ki, yaxşı  işləsin. Xaçmaz camaatı yaxşı insanlardır."

loading...

Xəbər lenti