Sürücülərə xəbərdarlıq: Bakıda bu yollar bağlanır

Sürücülərə xəbərdarlıq: Bakıda bu yollar bağlanır
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu axşam 21:00-dan Binəqədi-Mehdiabad, Mehdiabad-Digah-Məhəmmədi, Məhəmmədi-Zabrat, Zabrat-Maştağa-Buzovna avtomobil yollarında üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
 
BakuPost.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.
 
O, sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edib.

Загрузка...

Xəbər lenti