Tanınmış bloger yol qəzasında ÖLDÜ - FOTO

Tanınmış bloger yol qəzasında ÖLDÜ - FOTO
Tanınmış britaniyalı bloger Emili Hartric 35 yaşında yol qəzası nəticəsində həlak olub.

Unikal.org xəbər verir ki, E.Hartric Londonda öz evi yaxınlığında elektrik skuterdə yük maşını ilə toqquşub.

"YouTube" və "Instagram" ulduzu hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Emili Hartric "YouTube"dakı bloqu (340 min izləyici) və "Instagram" hesabı (50 min izləyici) sayəsində tanınıb. E.Hartricin bloqunun əsas mövzuları "lifestyle" (həyat tərzi) və sağlam həyat tərzi olub. "YouTube" və "Instagram" ulduzu tez-tez məşqlərdən foto və videolar, həmçinin səyahətlərdən vloqlarla paylaşırdı.

loading...

Xəbər lenti