Tarix müəllimi intim həyatı ilə sosial şəbəkələrdə bölüşdü, məktəbdən qovuldu – FOTO

Tarix müəllimi intim həyatı ilə sosial şəbəkələrdə bölüşdü, məktəbdən qovuldu – FOTO

Sankt-Peterburq məktəbində dərs deyən tarix müəllimi Lyubov Andreyeva "Twitter”də intim həyatı və spirtli içkilər haqqında yazılarla paylaşıb.

"Fontanka.ru” xəbər verir ki, "Pivə hökmdarı” nikı ilə sosial şəbəkədə tanınan qadın hərəkətlərinə görə məktəbdən qovulduğunu bildirib.

Lakin məktəb direktoru müəllimin öz istəyi ilə işdən çıxdığını qeyd edib. O "Twitter”dəki yazılara da münasibətini bildirib: "Özünüz görürsüz də. Bu haqda bizə valideynlər məlumat verib”.

 

Lyubov isə kədərləndiyini və "əla” təhsil ocağından ayrıldığını dilə gətirib. Şəhrlərdə xeyli insan, xüsusən də şagirdləri, onu dəstəkləyiblər.

Uşaqlar müəllimi sevdiklərini və onun üçün darıxacaqlarını bildiriblər.

 

//oxu.az
loading...

Xəbər lenti