Tələbə qızların hansı qidadan zəhərləndiyi məlum oldu - YENİLƏNİB

Tələbə qızların hansı qidadan zəhərləndiyi məlum oldu - YENİLƏNİB
"Məndə olan məlumata görə Bakı Dövlət Universitetinin yataqxanasında tələbə qızların zəhərlənməsi onların kənardan sifariş etdikləri, alıb yedikləri suşi (Suşi — balıqdan hazırlanmış yemək növü) yeməyinə görə baş olub”.

BAKU.WS xəbər verir ki, bu barədə tanınmış təhsil eksperti Kamran Əsədov bildirib.

"Əziz tələbələr, gənclər, mənşəyi bilinməyən, hazırlanma və saxlanılma şəraiti məlum olmayan qidalardan istifadə etməyin”.

***16:31

"İlkin araşdırmalara və digər tələbələrin verdiyi məlumata görə, zəhərlənmə ev şəraitində hazırlanaraq konservləşdirilmiş və ya marketdən alınmış qidalardan ola bilər. Hadisə gecə saatlarında baş verib”.

BAKU.WS "qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev deyib.

O bildirib ki, tələbələr özlərini yaxşı hiss etmədiklərinə görə təcili tibbi yardım çağırılıb:

"3 tələbə olub otaqda. Onların vəziyyəti yaxşılaşandan sonra tibbi yardım binanı tərk edib. Amma çox təəssüf ki, səhər saatlarında tələbələr yenidən özlərini pis hiss ediblər. Onlardan biri dünyasını dəyişib. Ailəsinə başsağlığı veririk.

Prorektor əlavə edib ki, digər iki tələbə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alır: "Onlar həkimlərin tam nəzarəti altındadır, şükür ki, həyati təhlükələri yoxdur. Hadisə özü isə birbaşa universitetin rəhbərliyinin tam nəzarətindədir. Bu hadisədən çox təəssüflənirik...”

Əliş Ağamirzəyev BDU-nun tələbələrinə tövsiyə də verib: "Öz qidalarına, gigiyenik qaydalara riayət etsinlər ki, belə bədbəxt hadisələr baş verməsin”.

Prorektor vurğulayıb ki, yataqxana binasında qaz olmayıb. Qeyd edib ki, hazırda həkimlərin yekun rəyini gözləyirlər.

***15:09

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi zamanı dünyasını dəyişən tələbənin kimliyi məlum olub.

BAKU.WS "report”a istinadən xəbər verir ki, o, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.

Digər zəhərlənən tələbələrin kimliyi müəyyənləşib.

Bunlar Kimya fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin 4-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dillubə Qismət qızıdır.

Məlumata görə, D.Quliyevanın vəziyyəti ağırdır.

***14:07

Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.
Verilən məlumata görə, bu barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub.
Həkimlər Mətbuat küç 36 ünvanına çatdıqda otaqda huşsuz vəzuyyətdə 3 tələbə qız aşkarlayıblar.

Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar.

20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.

loading...

Xəbər lenti