Türkiyədə dünyasını dəyişən gənc yazar Gəncədə torpağa tapşırıldı

Türkiyədə dünyasını dəyişən gənc yazar Gəncədə torpağa tapşırıldı
Türkiyədə bir müddət müalicədə olan gənc jurnalist Cavid Abbasov bu gün Gəncə şəhərində İmamzadə qəbristanlığında torpağa tapşırılıb.

Bakuws-in bölgə müxbirinin verdiyi məlumata görə, mərhumla vida mərasimi Gəncənin Gülüstan qəsəbəsində keçirilib. Mərhumun dəfn mərasimində yaxınları, dostları və tələbə yoldaşları iştirak edib.

Bakı Dövlət Universitetinin Jurnalistika fakuktəsinin məzunu olan C.Abbasov gənc yazar kimi də tanınırdı. Mərhum Türkiyənin paytaxtı Ankara şəhərinin Gülhanə xəstəxanasında qan xərçəngi xəstəliyinə qarşl müalicə alırdı.

loading...

Xəbər lenti