UEFA-nın keçmiş prezidenti həbs olundu

UEFA-nın keçmiş prezidenti həbs olundu
UEFA-nın keçmiş prezidenti, dünya futbol ulduzu Mişel Platinini həbs ediblər. Fransız korrupsiyada ittiham olunur.
Bizimyol.info xəbər verir ki, Platininin həbsi Qətərə futbol üzrə 2022-ci il dünya çempionatının təşkilat hüququnun verilməsi ilə bağlıdır. Cinayət işinin təfsilatı hələ açıqlanmır.

Keçən il iyulun 29-da BBC məlumat yaymışdı ki, Qətər digər iddiaçı ölkələri mübarizədə sıradan çıxarmaq üçün PR firmalarının və CİA agentlərinin köməyindən istifadə edib. Beləcə, ABŞ-ı, Cənubi Koreyanı, Yaponiyanı və Avstraliyanı üstələmişdi.

Qətərin təşkilat hüququnu əldən etməsi ilə bağlı korrupsiya ittihamı hələ əvvəldən irəli sürülüb. Amma iki il təhqiqat aparan FİFA sonradan ittihamı ləğv etmişdi.

Platiniyə 2015-ci ilin dekabrında 8 il futbol fəaliyyəti ilə məşğul olmaq qadağan olunub. Onu korrupsiya ittihamı ilə cərimə də etmişdilər. Sonradan FİFA-nın etika komitəsi ittihamı ləğv edərək, qadağa müddətini 6 ilə salmışdı.

loading...

Xəbər lenti